GəncSim
GəncSim tarifi – Azercell-lilərlə 3-cü dəqiqədən sonra 0 qəpik!
Azərbaycan daxilində zənglər
(1 dəq) |
(1 dəq) |
|---|---|
*Azercell-lilərlə zəng etdikdə 3-cü dəqiqədən sonra zəngin qalan hissəsi PULSUZDUR (zəngin maksimal müddəti 40 dəqiqədir, bu müddət bitəndən sonra danışıq kəsiləcək). Üstəlik, qeyri-pik saatları (00:00 – 08:00) və həftəsonu şəbəkədaxili zənglər 50% endirimlə!
Digər xidmətlər
GəncSim tarifinə keçmək üçün GencSim sözünü SMS vasitəsilə 7575 nömrəsinə göndərin.
Qeydlər
- GəncSim abonentləri aylıq hədiyyələrdən də faydalanırlar. Onlar hər ay pulsuz 15 SMS, 2 MMS, 500 KB İnternet trafikindən istifadə edə bilərlər.
- GəncSim tarifinə keçid haqda qısa mesaj alınan gündən etibarən, hər 30 günlük müddət bir ay kimi hesab edilir. Cari ayda istifadə edilməyən hədiyyələr növbəti aya keçmir. Son yüklənmiş danışıq kartının istifadə müddəti bitdikdən sonra hədiyyələrdən istifadə etmək mümkün deyil. Hədiyyə SMS və MMS-lər yalnız Azercell abonentlərinə göndərilə bilər, qısa nömrələrə və digər operatorların nömrələrinə isə göndərilə bilməz.
- Abonent GəncSim tarifindən digər tariflərə və sonra yenidən GəncSim tarifinə istədiyi an keçə bilər. Bunun üçün müvafiq tarif adını yazıb, SMS-lə 7575 nömrəsinə göndərmək kifayətdir. Abonentə tarifinin dəyişildiyi haqda təsdiq mesajı gələcək.
- Tarif dəyişikliyi etdikdə, həmin tarifin güzəştləri yeni tarifə keçirilmir.
- Yenidən digər tariflərə qayıtmaq üçün müvafiq tarifin adını yazıb, SMS-lə 7575 nömrəsinə göndərmək kifayətdir. Abonentə tarif dəyişikliyi haqda təsdiq mesajı gələcək.
- 7575 nömrəsinə göndərilən 1 istək mesajının qiyməti 3 qəpikdir.
