5 il bizimlə
12 yanvar 2010-cu il tarixindən etibarən ardıcıl 60 və ya daha çox faktura ödəmiş, müvafiq kriteriyalara uyğun gələn aktiv Azercell Fakturalı Xətt abonentləri üçün “5 il bizimlə” proqramı həyata keçirilir.
Proqram kriteriyalarına uyğun gələn abonentlərə avtomatik olaraq aşağıdakı üstünlüklər təqdim edilir:
- Mövcud Kredit limit məbləği iki mislinə qədər qaldırıla bilər
- SIM-kart dəyişikliyi PULSUZ edilir
- Gizlətcell xidməti PULSUZ aktiv edilir
- İzahlı qaimə xidməti (qaimənin elektron-poçta alınması) PULSUZ təqdim edilir
- Rominq xətti depozit yerləşdirilmədən aktiv edilir
- Borcun ödənmə müddəti 14 gündən 21 günə uzadılır
- Beynəlxalq zənglərə 20% güzəşt (rominq və qısa nömrələrə edilən zənglər istisna olmaqla) edilir
Qeydlər:
