Beynəlxalq zənglər
Beynəlxalq zənglərin tarifləri bütün Azercell Fakturalı Xətt və SimSim abonentləri üçün eynidir:
| Zəngin növü | Zəngin istiqaməti | Qiymət (1 dəqiqə üçün) |
|---|---|---|
| Adi zənglər və İP telefoniya | MDB və Baltikyanı ölkələr | 37 qəpik |
| Iran, Türkiyyə | 43 qəpik | |
| Avropa, Amerika və digər ölkələr | 50 qəpik | |
Digər |
Thuraya, Emsat, Inmarsat operatorları | 4.18 AZN |
Qeyd: Beynəlxalq zəngin hesablama intervalı Azercell Fakturalı xətt abunələri üçün - 1 saniyə, SimSim abunələri üçün - 10 saniyə, Peyk nömrələrinə zəngin hesablama intervalı Azercell Fakturalı xətt və SimSim abunələri üçün 6 saniyədir.
Eksklüziv endirim zonası
“Azercell Telekom” şirkəti növbəti bir ilkə imza ataraq Azərbaycanda ilk dəfə olaraq “Ekskyüziv endirim zonası” endirim kampaniyasını həyata keçirdi və çoxsaylı istəklər əsasında bu kampaniyanın müddətsiz olmasına qərar verdi.
İndi istənilən vaxt Azercell abonentləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində (AEROP1,AEROP2,AEROP3,ARIND1 radio-baza stansiyaları ərazisində) ölkədaxili tariflərlə dünyanın hər bir istiqamətində zənglər etmək imkanı əldə edir.
Əsas məqsəd Azərbaycanın hava məkanından giriş-çıxışı olan limanının ərazisində Azercell abonentlərinə daha rahat və intensiv ünsiyyətdə olması üçün sərfəli şərait yaratmaqdır.
Hava limanından “Azercell” abonentinin etdiyi zəng (peyk operatorları xaric) onun tarif paketinə uyğun, adi ölkədaxili – şəbəkə xarici zəng kimi qiymətləndiriləcək.
