Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell Təcrübə proqramı

“Gələcək – Sənsən” karyera proqramı çərçivəsində daha bir yay təcrübəsinə start verilir!



“Azercell”də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və şirkətimizdə karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir.

Bu il Yay təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində- Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin müddəti 3 ay təşkil edəcək.

Proqram çərşivəsində təcrübəçi:

  • Yeni proqramların yaradılmasında iştirak edəcək
  • Mövcud olan proqramlar üçün yeni modulların hazırlayacaq
  • Servis və məhsulların hazırlanmasında yeni bilgilər qazanacaq
  • Layihələrdə iştirak edəckdir

Namizədlərdən tələb olunanlar:

  • Ali texniki təhsil (kompüter elmləri) – bakalavr dərəcəsinin sonuncu kursunda təhsil alanlara üstünlük veriləcək
  • Proqramlaşdırma sahəsində azı 1 il iş təcrübəsi (Java, C/C++), SQL, Oracle, RDBMS, Veb proqramlaşdırması
  • Unix üzrə təməl biliklər
  • Azərbaycan dili, Rus dili, İngilis dili

Namizədlər akademik performansları, nəzəri bilgiləri və İKT sahəsinə göstərdikləri maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaq.

Proqramda iştirak etmək istəyənlər tərcümeyi-hallarını internship@azercell.com ünvanına 01 avqust 2009-cu il tarixinədək göndərə bilərlər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr