Azərbaycan dilindəIn EnglishПо-русски

Mesajın göndərilməsi və alınması (MesajCELL, TezMesajCELL, WebMesajCELL)

Mobil telefondan

MesajCELL vasitəsilə istənilən GSM abonenti ilə qısa mətn mesajı mübadiləsi edə bilərsiniz. Bu xidmətdən istifadə etmək üçün Azercell Mesaj Mərkəzinin nömrəsi +994 50 910-33-00 telefonunuzun menyusuna daxil edilməlidir.

Azercell abonentinə mesaj göndərərkən yalnız onun 7-rəqəmlı mobil nömrəsini daxil etməniz kifayətdir.

Xarici ölkəyə mesaj göndərəndə, nömrənin əvvəlində aşağıdakılar yığılmalıdır: beynəlxalq çıxış kodu+ölkə kodu+operator kodu.

Dil seçimi

0 (sıfır) nömrəsinə lang=az, lang=eng və ya lang=rus komandasını göndərərək, Azercell-dən gələn bütün sistem mesajlarını müvafiq olaraq Azərbaycan, ingilis və rus dillərində ala bilərsiniz.

Qeyd: Dil seçimi barədə geniş məlumatı «Abonentin məlumat kitabçası» bölümündən ala bilərsiniz.

Mesajların İnternet üzərindən göndərilməsi

WebMesajCELL xidmətindən istifadə edərək, Azercell abonentləri www.azercell.com səhifəsində müvafiq qeydiyyatdan keçdikdən sonra İnternet üzərindən şəbəkə daxilində pulsuz qısa mesaj göndərmək imkanı əldə edir. WebMesajCELL vasitəsilə 1 gün ərzində 10 pulsuz mesaj göndərmək mümkündur.

TezMesajCELL

Əgər təcili bir məlumat çatdırmaq lazımdırsa, mesajınızın əvvəlində *flash# yazın. Belə halda mesaj bilavasitə göndərdiyiniz şəxsin mobil telefonunun ekranında görünəcək.

Misal: *flash# mənə zəng et!

Elektron-poçt ünvanına mesajın göndərilməsi və alınması

İki ən populyar rabitə vasitəsinin (SMS və e-mail) imkanlarını özündə cəmləşdirən m@ilCELL xidməti vasitəsilə telefonunuz elektron-poçt ünvanına mesajların göndərilməsi və alınmasını təmin edə bilər.

Tariflər

1 adi SMS-in və TezMesajCELL-in qiyməti: Fakturalı Xətt abonentləri üçün - 0,05 AZN (ƏDV xaric), SimSim və Bizdən Bizə - 11 kontur, GəncSim - 8 kontur.

0(sıfır)nömrəsinə göndərilən 1 SMS qiyməti - 0,01 AZN (ƏDV xaric) və ya 1 kontur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr