Azərbaycan dilindəIn EnglishПо-русски

Güzəştli SMS paketləri

İndi Azercell abonentlərinin istifadəsinə yeni Güzəştli SMS paketləri verilir. Paketlər 100, 250 və 500 SMS-dən ibarətdir. Abonentlər 8959 nömrəsinə 100, 250, 500 yazıb göndərməklə müvafiq olaraq 100, 250, 500 SMS-dən ibarət SMS paketinə abunə olurlar. 8959 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 1 kontur/0,01 AZN-dir.

Paketlərin qiymətləri aşağıdakı kimidir:

SMS Paketin adı Bizdən Bizə, Açıq Xətt, Super Bizdən Bizə abonentləri üçün ödəniş haqqı GəncSim abonentləri üçün ödəniş haqqı Azercell Fakturalı Xətt abonentləri üçün ödəniş haqqı (ƏDV xaric)
100 SMS 880 kontur 640 kontur 4 AZN
250 SMS 1900 kontur 1400 kontur 8,75 AZN
500 SMS 3300 kontur 2400 kontur 15 AZN

SMS-lər şəbəkədaxili istifadə üçün nəzərdə tutulub.

SMS paketlərindən istifadə müddəti SimSim abonentləri üçün 30 təqvim günü, Azercell Fakturalı Xətt abonentləri üçün isə cari faktura dövrüdür. Qeyd edilən dövrlərdə istifadə edilməyən SMS-lər növbəti müvafiq dövrlərə keçirilmir.

Lakin SimSim abonentləri SMS paketinin istifadə dövrü bitmədən yeni SMS paketi sifariş etdikdə, bu zaman, onun öncəki SMS paketindəki istifadə edilməmiş SMS-lərin istifadə müddəti artıb yeni paketin istifadə müddətinə bərabər olur.

Azercell Fakturalı Xətt abonenti SMS paketini dəyişmək istədikdə, istək yalnız növbəti faktura dövründə icra olunacaq.

SMS paketinin balansını öyrənmək üçün 8959 nömrəsinə boş SMS (1 kontur/0,01 AZN) göndərin.

SMS paketindən imtina etmək üçün STOP yazıb 8959 nömrəsinə göndərin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr