İnternetin SMS vasitəsilə ödənişi İnternetCELL
İnternetCELL — Azercell və Azeronline şirkətlərinin təqdim etdikləri birgə xidmətdir. Bu xidmət Azercell abonentlərinə İnternet kartı almadan İnternetə qoşulmaq imkanı verir.
1, 3, 5 və ya 10 rəqəmini 9070 nömrəsinə göndərin müvafiq olaraq 1, 3, 5 və 10 saatlıq İnternetə girişhaqqı qazanın.
İndi eyni qayda ilə daha çox İnternet saatı əldə edə bilərsiniz – 30, 60 və ya 90 saatlıq İnternet
Göndərilmiş mesaja cavab olaraq sistem tərəfindən içərisində aşağıdakı məlumatlar olan mesaj alacaqsınız: istifadəçi adı, şifrə, dial-up və Azeronline Müştəri Xidmətlərinin əlaqə nömrələri.
İstifadəçi adı və şifrə alındığı gündən etibarən 3 ay müddətində etibarlıdır.
Tariflər
| Saat |
Xidmətin qiyməti (AZN) |
Xidmətin qiyməti (konturlarla) |
| 1 |
0,30 |
75 |
| 3 |
0,80 |
180 |
| 5 |
1,2 |
300 |
| 10 |
2,00 |
500 |
| 30 |
5,00 |
1250 |
| 60 |
9,00 |
2250 |
| 90 |
13,00 |
3250 |
Manatla göstərilən qiymətlərə ƏDV daxil deyildir.
200 saatlıq İnternetə abunə
Azercell Fakturalı Xətt abonentlərinə İnternetə qoşulmaq artıq daha rahat və sərfəli. Bunun üçün 9070 nömrəsinə ayliq200 yazıb göndərin və Azeronline-dan 200 saatlıq İnternetə abunə olun.
Abunəlikdən imtina etmək üçün 9070 nömrəsinə 0 göndərmək lazımdır.
Tariflər: 13.8 AZN (ƏDV xaric).
Daha ətraflı məlumat üçün: Azeronline Müştəri Xidmətləri — 490-49-94; 2020 - mobil telefondan(Azercell Fakturalı Xətt abonentləri üçün 2020 nömrəsinə zəngin birinci 5 dəqiqəsi pulsuzdur, birinci 5 dəqiqədən sonra danışıq haqqı müvafiq tarif paketinin şəbəkədaxili tarifləri ilə eynidir. SimSim abonentləri ücün isə uzunluğundan asılı olmayaraq, bir zəngin qiyməti 20 konturdur) |