Rəngli SMSRəngli SMS-lə mesajlarınız rəngarəng olacaq! Qara/ağdan daha canlı Rəngli SMS-ə keçməyin vaxtıdır.
Bu xidmət vasitəsilə siz mesajlarınıza rəng və emosiya işarələri qataraq özünüzü daha dolğun ifadə edə bilərsiniz.
Rəngli SMS əlavə effektlərlə təchiz olunmuş standart SMS-dir.
Siz bu xidmətdən istifadə edərək mesajınızdakı simvolların, arxa fonun rəngini dəyişdirə və mesajınıza emosiya işarələri əlavə edə bilərsiniz.
Rəngli SMS-lə mesajlarınızı canlandırın!
Xidmətdən istifadə qaydası
Aşağıdakı bir neçə prosesi yerinə yetirərək xidmətdən istifadə edə bilərsiniz:
- RENGLI sözünü yazıb, SMS vasitəsilə 9600-a göndərin
- Cavabında WAP link* alacaqsınız. Bu link-i seçərək Rəngli SMS proqramını yükləyin.
- Proqramı telefonunuzun yaddaşında saxlayın.
Bundan sonra Siz rəngli mesajlar göndərə və qəbul edə bilərsiniz.
* Rəngli SMS proqramını siz, həmçinin, www.azercell.com veb səhifəmizdən əldə edə bilərsiniz.
Xidməti dəstəkləyən telefonlar
MIDP2.0 J2ME dəstəkləyən telefonlar.
Tariflər
1 Rəngli SMS-in qiyməti:
- SimSim və BizdənBizə abonentləri üçün 15 kontur
- GəncSim abonentləri üçün 11 kontur
- Azercell Fakturalı Xətt abonentləri üçün 0.07 manatdır (ƏDV xaric)
|
 |
Rəngli SMS xidmətinə dair tez-tez verilən suallarBu faylda Rəngli SMS xidmətinə dair tez-tez verilən suallar və onların cavabları toplanılmışdır |