Azərbaycan dilindəIn EnglishПо-русски

Zəng sifarişi (ZəngEtCELL)

ZəngEtCELL xidməti Sizə pulsuz qısa mesaj vasitəsilə istədiyiniz Azercell abonentinə zəng etmək xahişinizi göndərmək imkanı verir. Bu xidmətdən aktiv xətli bütün Azercell abonentləri istifadə edə bilərlər. Hətta SimSim, Bizdən Bizə və GəncSim abonentləri hesablarında zəng etmək üçün kifayət qədər kontur olmasa belə, xidmətdən yararlana bilərlər. Çıxış xətti bağlı olan Azercell Fakturalı Xətt abonentləri xidmətdən istifadə edə bilməzlər. Xidmət avtomatik olaraq bütün abonentlər üçün pulsuz aktiv edilir.

Xidmətdən istifadəetmə qaydaları

Qısa mesaj mətninə istənilən Azercell abonentinin nömrəsini daxil edib 7700-a göndərin. Qısa mesaj mətninə daxil etdiyiniz nömrəyə sistem tərəfindən avtomatik mesaj göndərilir. Göndərilmiş mesajda abonentə Sizə zəng etməsi xahişiniz çatdırılır. Təqvim günü ərzində (00:00:00-dan 23:59:59-a qədər) abonent 3 dəfə 7700 nömrəsinə mesaj göndərə bilər.

Qısa mesaj mətninə yalnız 10-rəqəmli nömrənin daxil edilməsi kifayətdir. Bundan başqa, 12- rəqəmli formada da yazıla bilər (yəni əvvəlinə "99450" ("99451") rəqəm qrupları əlavə oluna bilər). Mesaj mətninə göstərilən nömrələrdən başqa, hər hansı bir əlavə mətn və ya simvol yazılarsa, yaxud daxil edilən nömrə Azercell şəbəkəsində mövcud deyilsə, istək ünvana çatdırılmır və səhv haqqında mesaj göndərilir.

Göndərilən mesajlar ünvana çatdırılana qədər sistemdə 2 saat ərzində saxlanılır. ZəngEtCELL xidməti telefonda avtomatik imza (auto signature) funksiyası aktiv olduqda çalışmır. ZəngEtCELL xidmətindən istifadə etdiyiniz zaman "Auto Signature" funksiyası deaktiv edilməlidir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr