Paycell xidməti sayəsində Siz balansınızdan istədiyiniz SimSim abonentinin balansına 50 qəpik və ya 1 AZN köçürə bilərsiniz. 20.07.2011-ci il tarixindən etibarən isə abonentərə 20 qəpik köçürmə imkanı təqdim edilib.
Balansına müəyyən məbləğ köçürmək istədiyiniz SimSim abonentinin nömrəsini (050/051 və nömrə) yazıb SMS vasitəsilə 9204 (20 qəpik üçün), 9200 (50 qəpik üçün) və ya 9202 (1 AZN üçün) nömrəsinə göndərin.
Köçürmə edildiyi zaman köçürməni edən abonentin hesabından 20 qəpik üçün 22 qəpik, 50 qəpik üçün 55 qəpik, 1 AZN üçün 1.10 AZN çıxarılaraq, sifariş edilən məbləğ müvafiq SimSim abonentinin balansına köçürüləcək.
Xidmət haqqı
9204 nömrəsinə göndərilən SMS-in qiyməti – 2 qəpik.
9200 nömrəsinə göndərilən SMS-in qiyməti – 5 qəpik.
9202 nömrəsinə göndərilən SMS-in qiyməti – 10 qəpik.
Diqqət!
27.09.2011-ci il tarixindən etibarən Paycell xidmətindən istifadə tarixini




qısa nömrəsinə SMS vasitəsilə göndərin, cavabında gün ərzində göndərdiyiniz Paycell-lər haqda məlumatı alın.
Tarixi göndərərkən aşağıdakı formatlardan birini istifadə edə bilərsiniz:
- 01.01.2011
- 01012011
- 01/01/2011
- 01-01-2011
Məlumat yalnız son 90 gün ərzində göndərilən Paycell-lər barədə təqdim edilir.
Xidmətdən bütün Azercell abonentləri istifadə edə bilər.
Xidmətin qiyməti:
Göndərilən hər bir SMS üçün - 0.02 AZN
Qeydlər
08.06.2011 tarixindən etibarən Paycell xidməti istifadəsinə gündəlik limit 10 göndəriş kimi təyin olunur.
Məbləği hədiyyə alan abonentin nömrəsində mövcud məbləğin istifadə müddəti bitməyibsə, hədiyyə məbləği balansa əlavə olunacaq və istifadə müddəti 5 (1*) gündən azdırsa, əlavə 5 (1*) gün müddətinə artırılacaq; istifadə müddəti 5 (1*) gündən artıqdırsa, bu müddət uzadılmayacaq.
*20 qəpik hədiyyə alan abonentlər üçün.
Məbləği hədiyyə alan abonentin nömrəsi ikitərəfli bağlıdırsa, yəni məbləğin istifadə müddəti bitibsə, onda məbləğ balansa əlavə olunacaq və abonentin xətti 5 günlük açılacaq.
Aşagıdakı hallarda:
- 9200 nömrəsinə göndərilən SMS formatı səhvdirsə;
- abonent günlük limitini (10 dəfə) bitirdikdən sonra məbləğ köçürməsinə dair əlavə istək göndərərsə,
abonentin balansından çıxarılan 20 qəpik (50 qəpik/1 AZN) balansa geri köçürüləcək, istək mesajının haqqı isə (2/5/10 qəpik ) isə hesabdan tutulacaq.
Hədiyyə məbləğini alan abonentin hər hansı bir xidmətdən istifadəyə görə (Gizlətcell,SIM-kart dəyişikliyi və s.) borcu varsa, hədiyyə məbləğ köçürüləcək, lakin mövcud məbləğdən istifadə müddəti artırılmayacaq.
Payсell xidməti vasitəsilə göndərilən məbləği qəbul etmək üçün Yeni Təsis nömrələrdə dil seçimi edilməlidir və preaktiv məbləğ yüklənilməlidir. Bu halda Paycell vasitəsilə göndərilən hədiyyə məbləğ növbəti gün (səhər saat 09:00-dan sonra) qəbul olunacaq.
Yeni təsis olunmuş nömrə, preaktiv məbləğ yükləmədən, SimSim danışıq kartını yükləyərsə Paycell-dən gələn məbləği yalnız 24 saatdan sonra ala bilər.
SimSim nömrə statusundan asılı olmayaraq (yeni təsis, bərpa edilən ləğv edilmiş nömrə (yəni "resold" nömrə və s.) ən azı 1 danışıq kartı yüklədikdən sonra Paycell göndərə bilər (09.04.2009 etibarən). Bu cur nömrələr yalnız 1 gün sonra xidmətdən istifadə edə bilər (sistemdə 1 gün ərzində tanıdılması səbəbindən).
Köçürmə bitdikdən sonra məbləği köçürən və alan abonentlər müvafiq bildiriş mesajları alacaqlar.
01.12.2011-ci il tarixindən etibarən, Fakturalı xətt abonentləri (abonentlərin istifadəsində olan yeni təsis edilmiş, ləğv olunduqdan sonra bərpa edilmiş və ya SimSim-dən Fakturalı xəttə keçmiş nömrələr nəzərdə tutulur) yalnız əvvəlki faktura dövrlərində kəsilmiş və ödənilmiş hesab-fakturaların ümumi məbləği ƏDV daxil 50 AZN və daha artıq oduqda "Paycell" xidmətindən istifadə edə bilərlər. Faktura dövrünün sonunda, faktura kəsilən zaman göstərilən məhdudiyyətin tətbiqi dayandırıla bilər.