MobilBank

İndi MobilBank xidmətinə qoşulmaq* üçün Azercell Müştəri Xidmətləri ofislərində sim-kart dəyişikliyi edilməsinə və banka müraciət etməyə ehtiyac yoxdur.

Telefonunuz** üçün xüsusi proqram təminatını yükləyin, bank ofislərinə getmədən və ya zənglərə sərf edilən vaxta və vəsaitlərə qənaət edərək həftənin 7 günü 24 saat ərzində

  • ölkə hüdudlarından kənarda olduqda belə bank hesabınızın vəziyyəti
  • son əməliyyatlar
  • hesabınızda olan vəsaitlərin hərəkəti (mədaxil və ya məxaric)
barədə istədiyiniz an məlumat alın.

MobilBank xidməti vasitəsilə həmçinin

  • balansı yoxlamaq
  • hesabdan çıxarışı almaq
  • kartın oğurlanma və ya itirilmə hallarında onu bloklaşdırmaq
  • pulu kartdan karta köçürmək
  • mobil operatorlarının, İnternet provayderlərinin və kommunal şirkətlərinin xidmətlərini ödəmək
mümkündür.

MobilBank xidmətinə təkcə Azərbaycanda fəaliyyət göstərən mobil operatorların abonentləri yox, eləcə də xarici mobil operatorlarından istifadə edən Azərbaycan banklarında*** hesabı olan abonentlər qoşula bilər.


Telefon üçün proqram təminatının yükləmə linkləri:


Symbian OS və Blackberry OS üçün JAVA MIDP-2.0 versiyası

Blackberry xidmətinə (BİS və ya BES) qoşulmuş Blackberry telefonları üçün JAVA BIS versiyası

Android OS üçün versiya




Qoşulma və istifadə etmə təlimatı

*Qoşulma və istifadə etmə üzrə təlimatı əlavə edilmiş faylda görə bilərsiniz.
**Xidməti yalnız Symbian OS, Blackberry OS və Android OS ilə işləyən telefonları dəstəkləyir.
***Yalnız cədvəllərdə göstərilən banklar nəzərdə tutulur.



Qeydlər

  • Xidmət həm SimSim həm də Fakturalı xətt abonentlər üçün nəzərdə tutulur.
  • Abonent bir neçə banklara aid olan kartları qoşmaq istərsə, hər kart üçün ayrıca MobilBank proqram təminatını yükləməlidir.
  • Qoşulan kartların sayında məhdudiyyət yoxdur.
  • Xidməti deaktiv etmək üçün abonent müvafiq banka müraciət etməlidir.
  • Kartların birini xidmətdən deaktiv etməsi üçün abonent banka müraciət etməlidir.
  • MobilBank xidmətindən istifadə etmək üçün abonentin nömrəsində vəsait olmalıdır və nömrə aktiv olmalıdır, çünki istifadə zamani Mobil İnternet trafiki sərf olunur.
  • PİN kod unudularsa abonent MobilBank proqramını telefondan pozub yenidən yükləməlidir və qeydiyyatdan yenidən keçməlidir. Yada PİN kodu 5 dəfə səhv yığmalıdır. PİN kod 5 dəfə səhv yığılarsa, o zaman abonent qeydiyyat proseduru yenidən keçir.
  • Odəniş, köçürmə və s. əməliyyatlar icra olunduqda abonentə bu barədə SMS bildirişi gəlmir. Lakin abonent SMS bildiriş xidmətini ayrıca (ayrı bir xidmət kimi) aktivləşdirə bilər və buna görə abonentdən ayrıca abunə haqqı (aylıq ödəniş) kartdan tutulacaq.
  • Ödənişlər abonentin bank hesabından çıxılır, aylıq ödəniş tədbiq olunur. Mobilbank-i təqdim edən banklarda tarif fərqlənir, abonent tariflər haqda məlumat almaq istədiyi təqdirdə öz bankına müraciət etməlidir.
  • Telefon oğurlandığı halda abonent Azericard Müştəri Xidmətinə müraciyət edərək xidməti blok edə bilər. Bundan sonra təkrar qoşulma (qeydiyyat) procedurunu keçirmək lazımdır.
  • Əgər abonentnin sim-kartı MobilBank kartıdırsa (köhnə MobilBank xidməti), abonent xidməti deaktiv etmədən yeni MobilBank xidmətindən istifadə edə bilər. Bu halda abonentdən hər iki servis üçün abunə haqqı tutulacaq.

  • Müştəri Xidmətləri

    Azercell Fakturalı Xətt — 6565

    SimSim — 2002

    Ətraflı