İzahlı Faktura

Azercell Fakturalı xətt abonentləri üçün


İzahlı-faktura ödənişli əsaslarla, müraciət tarixindən ən çoxu yalnız əvvəlki 2 (iki) ay üçün təqdim olunur. İzahlı-fakturada istifadə edilmiş xidmətlər barədə məlumat əks etdirilir.
Bu məlumat yalnız gedən zənglər və mesajları, xidmətlərdən istifadə tarixi, müddət və xidmət haqqının məbləğini əhatə edir. Daxil olan zənglər və qısa mesajlar, həmçinin bəzi digər xidmətlərdən istifadə ilə bağlı məlumatlar istisna olunur.

Qeyd:
Rominq xidmətindən istifadə edərkən daxil olan zənglər barədə də məlumatın izahlı fakturada öz əksinin tapması mümkündür. Lakin fakturada yalnız Azercell-in şəbəkəsi daxilində zəng edən nömrənin tam təyin olunması təmin olunur (əgər zəng edən nömrədə Gizlicell və ya Gizlətcell xidmətlərindən hər hansı biri istifadə edilmirsə). Hər hansı digər operatorlardan və ya beynəlxalq istiqamətdən gələn zənglərin izahlı-fakturada düzgün və tam təyin edilməsinə təminat verilmir.

İstəyinizdən asılı olaraq izahlı faktura ünvanınıza və ya e-poçtunuza çatdırıla bilər.

İzahlı fakturanı birdəfəlik almaq və yaxud Azercell Müştəri Xidmətində müvafiq xidmət formunu dolduraraq abunə olmaq mümkündür.

Xidmətin qiyməti - 3.19 AZN.



SimSim abonentləri üçün


Azercell Müştəri Xidmətləri və Azercell Ekspres ofislərinə müraciət etdikdə, siz istifadə edilmiş xidmətlərə dair izahlı məlumatı ödənişli əsaslarla müraciət tarixindən etibarən son 15, 30 və yaxud 90 gün üçün (hər 30 günlük dövr üçün ayrı-ayrılıqda) əldə edə bilərsiniz.

Məlumat yalnız gedən zənglər və qısa mesajları əhatə edir. Daxil olan zənglər və qısa mesajlar, həmçinin bəzi digər xidmətlərdən istifadə ilə bağlı məlumatlar istisna olunur.

Xidmətin qiyməti:

  • 15 günlük izahlı açıqlamanın qiyməti - 1.06 AZN
  • 30 günlük izahlı açıqlamanın qiyməti isə 1.53 AZN.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı