SimKredit
Təcili zəng etmək/mesaj göndərmək lazımdır, lakin balansınızda kifayət qədər vəsait yoxdur və hər hansı bir səbəbdən danışıq kartı əldə etmək mümkün deyil?! SimKredit-in təklif etdiyi kreditdən faydalanın!
KREDITsözünü SMS-lənömrəsinə göndərin və ya


, 


, 



- telefonunuzun ekranında
1 AZN üçün,





1.40 AZN üçün,





2 AZN üçün





yığın və seçdiyiniz məbləği kreditə alın.
Xidmətin qiyməti:
- SimKredit istək-mesajı - PULSUZDUR.
- Kreditdən istifadə haqqı:
1 AZN üçün - 20 qəpik,
1.40 AZN üçün - 28 qəpik,
2 AZN üçün - 40 qəpik.
Qeydlər
- Xidmətdən telefon xətti açıq olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 manat yükləmiş SimSim abonentləri istifadə edə bilərlər. Son danışıq kartının balansa yüklənilmə tarixi 3 ay müddətindən çox olmamalıdır.
- Balansın kredit məbləği ilə artırılması həmin an qüvvədə olan SimSim danışıq kartının müddətini artırmır.
- Kreditə alınmış məbləğ və kreditdən istifadə haqqı növbəti balansartırmadan sonra balansdan və ya Paycell xidməti vasitəsilə göndərilən məbləğdən çıxılır.
- Kreditə götürülən 1 AZN/1.40 AZN məbləğin borcu balansda kifayət qədər vəsait olduğu halda tam məbləğdə dərhal çıxarılır. Balansda kifayət qədər vəsait olmadıqda borc məbləği ardıcıllıqla hər dəfə 0.24 AZN olmaqla silinəcək.
- Kreditə götürülən 2 AZN məbləğin borcu kredit sifarişinin növbəti günündən etibarən balansdan hissə-hissə 0.08 AZN olmaqla 30 günə çıxılır. Kredit 30 gün ərzində tam bağlanmadığı təqdirdə, 31-ci gündən etibarən qalıq borc tam olaraq silinəcəkdir. Balansda kifayət qədər vəsait olmazsa, qalıq borc balansa vəsait yükləndikdən sonra silinəcək.
- Borc məbləğ balansdan çıxdıqda, abonent bu barədə bildiriş mesajı alır.
- İstədiyiniz vaxt INFO sözünü SMS vasitəsilə SimKredit nömrələrinə göndərməklə borcunuzun olub-olmamasını öyrənə bilərsiniz.
07.06.2011 tarixindən etibarən yeni və/vəya SimKreditdən heç vaxt istifadə etməyən abunəçilər 9155 qısa nömrəsi üzərindən SimKredit xidmətindən yalnız ilk yükləmədən 365 gün keçdikdən sonra istifadə edə bilərlər (qayda daha öncə SimKredit xidmətindən və 9150, 9250 qisa nömrələr üzərindən SimKredit xidmətindən istifadə edən abunəçilərə şamil edilmir).
