Balans haqqında hesabatlar

Azercell həm Fakturalı Xətt, həm SimSim abonentlərə balansın yoxlanılması üçün müxtəlif üsullar təqdim edir.

Fakturalı Xətt abonentləri üçün balans hesabatları

650 xidməti


650 xidmətindən istifadə edərək balansınız (faktura borcu, cari borc, avans hesabınızda olan məbləğ və s.) barədə məlumatı 24 saat ərzində öyrənə bilərsiniz.

Məlumatı asağıda göstərilən yollarla əldə edə bilərsiniz:

  • Zəng vasitəsilə - 650 nömrəsinə zəng edin. Salamlamadan sonra sizə səsli yardım göstəriləcək. Səsli yardıma riayət edib, balansınızı dinləyin. Balansınız haqda məlumat, həmçinin, SMS vasitəsi ilə də telefonunuza daxil olacaq.
  • SMS vasitəsi ilə - 650 nömrəsinə boş qısa mesaj göndərin.
  • Internet vasitəsilə - İnternet saytımızın Onlayn Xidmətlər ünvanına müraciət edin.
  • Xüsusi kod vasitəsilə - telefonun ekranında *650#YES yığın. Balansınız haqda məlumatı SMS vasitəsilə alacaqsınız.

Balansınız barədə məlumatın digər abonentlər tərəfindən öyrənilməsinin mümkün olması üçün “+“ isarəsini,

məlumatın digər abonentlər tərəfindən öyrənilməsinin qarşısını almaq üçün “-“ isarəsini 650 nömrəsinə SMS vasitəsilə göndərin.


Qeyd: Kod vasitəsilə yalnız öz nömrənizin balans məlumatını ala bilərsiniz.


SimSim abonentləri üçün balans hesabatları

1002 xidməti


1002 xidmətindən istifadə edərək, balans barədə məlumat əldə edə bilərsiniz.

Bunun üçün, sadəcə, 1002 nömrəsinə zəng etmək və ya boş mesaj göndərmək kifayətdir. Balans barədə asağıdakı məlumatlar təqdim olunur:

  • balansda olan məbləğ;
  • balansda olan məbləğin son istifadə tarixi;
  • abonentliyin ləğvi tarixi;

Balans haqqında avto-məlumat


Siz hər istifadədən dərhal sonra sərf olunmuş və balansınızda qalan məbləğ haqda məlumat alırsınız.

Nömrənizdə yükləmə xidmətinin dilindən asılı olaraq, məlumat Azərbaycan, ingilis və yaxud rus dillərində daxil olur.

Balans haqda daxil olan mesaj telefonunuzun yaddaşında qalmır.

Xidmət bütün SimSim abonentləri üçün avtomatik aktiv edilir, lakin siz Dinamik IVR xidməti üzərindən, saytımızın Onlayn Xidmətlər bölümünə və ya Azercell Müstəril Xidmətlərinə müraciət edərək xidmətdən imtina edə bilərsiniz.


Qeyd: Bəzi mobil telefonlar bu xidməti dəstəkləmir.


Digər hesabatlar

1005 xidməti


1005 xidməti vasitəsilə nömrənizin cari vəziyyəti barədə məlumat ala bilərsiniz. Bunun üçün 1005 nömrəsinə boş mesaj göndərmək kifayətdir. Cavab mesajında nömrənin hansı tarif paketinə aid olduğu, "Əzizlərim" güzəşti olan nömrələr və Gizlətcell+ xidmətinin aktiv olub-olmaması barədə məlumat əldə edə biləcəksiniz.

1003 xidməti


1003 xidməti danışıq kartının cari statusu haqda, yəni kartlarının yüklənib-yüklənməməsi barədə məlumat əldə etmək imkanı verir.

Kartın yüklənib-yüklənməməsi haqda məlumatı əldə etmək uçün danışıq kartının 9 və ya 10-rəqəmli seriya nömrəsini 1003-ə SMS vasitəsilə göndərin. Cavab mesajında müvafiq məlumatı əldə edəcəksiniz.


Xidmət tarifləri

  • 650 nömrəsinə bütün üsullarla (Online Xidmətlər istisna olmaqla) göndərilən 1 mesajın qiyməti: 2 qəpik
  • 1002 nömrəsinə göndərilən 1 mesajın qiyməti: 2 qəpik
  • 1003 nömrəsinə göndərilən 1 mesajın qiyməti: 2 qəpik
  • 1005 nömrəsinə göndərilən 1 mesajın qiyməti: 2 qəpik


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı