Ödəmə və Balans
Azercell ödəmə prosesini asanlaşdırmaq üçün abonentlərinin istifadəsinə müxtəlif ödəmə üsullarını təqdim edir. Sizin üçün istifadəsi rahat olan ödəmə üsulunu seçə bilərsiniz:
- nağd vəsaitlə ödəmə üçün xidmətinizdə respublikamız üzrə 700-dən çox olan ödəmə nöqtələri vasitəsilə
- bankomat vasitəsilə
- ödəmə kioskları vasitəsilə
- İnternet vasitəsilə
Yuxarıda qeyd olunan xidmətlərdən əlavə SimSim abonentləri 1001, 101, 131; Fakturalı Xətt abonentləri isə 650, 141 xidmətlərindən istifadə edərək balanslarını artıra bilərlər.
Azercell həmçinin balansınızın öyrənilməsi üçün müxtəlif üsulları təqdim edir.
SimSim abonentləri hər edilmiş zəng və göndərilmiş SMS-dən sonra balans barədə avtomatik mesaj alır.
