MMSMMS (Multimedia Messaging Service) — MultiMeSajCELL xidməti qısa mesajların müasir alternatividir. İndi Siz mətnlə bərabər qrafika (fotoşəkil, rəsm, açıqca), melodiya, musiqi parçaları və s. yaratmaq, göndərmək və almaq imkanı əldə etmiş olursunuz.
MMS nə üçün istifadə oluna bilər?
Bu yalnız Sizin fantaziyanızdan asılıdır! Siz sxem, təsvir, rəsm, telefonunuzda rəqəmli kameranız varsa — bir anda istədiyiniz fotoşəkli çəkib göndərə bilərsiniz; istədikdə, həmçinin, mətn və musiqi də əlavə edə bilərsiniz. Sözlə ifadə edə bilmədiklərinizi göstərə və eşitdirə bilərsiniz.
MMS mesajlarınızla yalnız bu xidməti dəstəkləyən telefon sahibləri olan dostlarınızı deyil, həmçinin, elektron- poçt ünvanı sahiblərini də sevindirə bilərsiniz.
Mobil telefondan elektron- poçt ünvanlarına MMS göndərmək mümkündür, ancaq elektron- poçt ünvanlarından mobil telefona MMS-in göndərilməsi mümkün deyil. mms.azercell.com saytından göndərilən MMS ödənişlidir. Ödəniş MMS tarifi ilə eynidir.
MMS mesajının ölçüsü nə qədərdir?
MMS mesajının ümumi ölçüsü 300KB ola bilər və yalnız telefon cihazının imkanları ilə məhdudlaşdırıla bilər. MMS xidmətini dəstəkləyən telefonlar bəzi formatları dəstəkləməyə bilər. Əlavə məlumat üçün telefonunuzun təlimat kitabçası ilə tanış ola bilərsiniz.
MMS xidmətindən istifadə etmək üçün nə lazımdır
Öncə MMS xidmətini dəstəkləyən telefonun əldə edilməsi, sonra isə telefona MMS seçənəklərinin quraşdırılması lazımdır.
MMS seçənəklərinin quraşdırılması barədə geniş məlumatı “Abonentin məlumat kitabçası” bölümündən əldə edə bilərsiniz.
Tariflər
Bir MMS-in qiyməti: Azercell Fakturalı Xətt abonentləri üçün: 0,10 AZN, ƏDV xaric; Açıq Xətt/Bizdən Bizə abonentləri üçün: 22 kontur, GəncSim abonentləri üçün: 16 kontur.
|