Azərbaycan dilindəIn EnglishПо-русски

SMS


SMS xidmətinin aktiv edilməsi

SMS-ləri göndərməzdən əvvəl telefonunuza SMS servis mərkəzinin nömrəsini daxil edin:
*994 50 910 33 00


Alıcının nömrənsinin daxil edilmə qaydası

Azercell abonentinə SMS göndərmək üçün:
050 və ya 051 nömrə

Ölkədaxili digər operatorun abonentinə SMS göndərmək üçün:
055 və ya 070 nömrə

Xarici mobil operatorun abonentinə SMS göndərmək üçün:
00 ölkə kodu, operator kodu, nömrə


E-poçt ünvanına SMS göndərilməsi

Mətni SMS-lə e-poçt ünvanına göndərmək üçün onu aşağıdakı qaydada yazıb, 9000 nömrəsinə göndərin:
e-mail ünvanı .mövzu. mətn

Misal: azer@azeronline.com .İclas. Salam, iclas bugun kecirilecek.

Qeyd: SMS mövzusuz da göndərilə bilər.


SMS xidmətinin qiyməti:

1 SMS-in qiyməti bütün Azercell abonentləri üçün - 3 qəpik.


Sistem SMS-ləri üçün dil seçimi

Azercell-dən gələn bütün sistem SMS-lərini istədiyiniz dildə ala bilərsiniz. Dil seçimi etmək üçün aşağıda göstərilən müvafiq kodu 0 nömrəsinə SMS vasitəsilə göndərin:

  • azərbaycan dili üçün - lang=az
  • ingilis dili üçün - lang=eng
  • rus dili üçün - lang=rus

0 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 2 qəpikdir.

Qeyd:
1 SMS-də maksimum simvol sayı:

  • latın əlifbası ilə yazılan mətndə - 160 simvol
  • kiril əlifbası ilə yazılan mətndə - 70 simvol


Əgər təcili bir məlumat çatdırmaq lazımdırsa, mesajınızın əvvəlində *flash# yazın. Bu halda SMS bilavasitə göndərdiyiniz şəxsin mobil telefonunun ekranında görünəcək.

Misal: *flash# mənə zəng et!

Tez SMS-in qiyməti standart SMS-in qiyməti ilə eynidir.


Azercell abonentləri Danışan SMS xidməti vasitəsilə şəbəkə daxilində səsli mesajlar göndərə bilərlər.

Nömrənin əvvəlində * işarəsini yığın (*050 və ya *051 və nömrə) və demək istədiklərinizi Danışan SMS-lə göndərin!

Göndərilən Danışan SMS telefona zənglə daxil olur və telefonun ekranında 6996 və Sizə mesajı göndərən nömrə əks olunur. Zəngə cavab vermədikdə Danışan SMS-i 6996 nömrəsinə zəng etməklə dinləyə bilərsiniz.

Qiymətlər:


Bütün Azercell abonentləri üçün bir Danışan SMS-in xidmət haqqı - 0.05 AZN

6996 nömrəsinə zəng edib, Danışan SMS-i dinləmək: ilk 30 saniyə - ödənişsiz, sonra hər bir dəqiqə üçün - 0.006 AZN.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı