Azərbaycan dilindəIn EnglishПо-русски

İzahlı qaimə və hesab - faktura

İzahlı qaimə

İzahCELL və İz@hCELL xidmətləri Sizin istəyinizə görə telefonunuzdan etdiyiniz zənglərin nömrəsi, davamlılığı və istifadə haqqı barədə izahlı qaimə əks olunan ətraflı məlumatı ünvanınıza almaq imkanı yaradır.

İzahlı qaiməni birdəfəlik almaq və yaxud İzahCELL xidmətinə müvafiq xidmət formunu dolduraraq abunə olmaq mümkündür.

Xidmətdən fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İstəyinizə əsasən izahlı qaimə ev və yaxud iş ünvanınıza çatdırıla bilər. İz@hCELL xidmətinə qoşulduqda, izahlı qaiməniz birbaşa elektron- poçt ünvanınıza çatdırılır.

Xidmətin qiyməti — 2,70 AZN, ƏDV xaric.

IzahatCELL

IzahatCELL xidməti sayəsində SimSim, Bizdən Bizə və GəncSim abonentləri zəng və mesajlarına dair ətraflı məlumat əldə edə bilərlər. Azercell Müştəri Xidmətləri və Azercell Ekspres ofislərinə müraciət etdikdə, sizə son 15 və ya 30 gün ərzində zəng etdiyiniz, yaxud mesaj göndərdiyiniz nömrələr, zənglərin tarixi və davamlılığı haqqında izahlı məlumat təqdim ediləcək.

15 günlük izahlı açıqlamanın qiyməti 325, 30 günlük izahlı açıqlamanın qiyməti isə 450 konturdur.

Hesab - faktura

Azercell abonentləri FakturCELL xidməti vasitəsilə istəklərinə əsasən hesab fakturalarını elektron poçt, iş və ya ev ünvanlarına ala bilərlər. Bu xidmət vaxta qənaət etməyə imkan yaradır. Bundan istifadə etmək üçün siz Azercell Müştəri Xidmətlərinə zəng edərək hesab fakturanızın göndərilməsi üçün ünvanınızı bildirin. Ünvanınız dəyişdikdə Azercell Müştəri Xidmətlərini xəbərdar etməyi unutmayın.

Hesab- fakturada aşağıdakı məlumatlar öz əksini tapmışdır:

  1. Abonentin ödədiyi depozit. Rominq xəttinin açılması üçün girov qoyulan məbləğ. Abonentin borcu varsa və borc depozitdə olan məbləğdən kiçikdirsə, onda abonent borclarını ödədikdən sonra depozit qalığını geri ala bilər.
  2. Aylıq sabit haqqlar:
    • GSM-tel.  — GSM-telefonundan istifadə üçün göstərilən xidmətlərə görə alınan sabit aylıq abunə haqqı;
    • İzahlı faktura — zəng olunan nömrələrin yazılı və izahlı qaiməsi üçün alınan məbləğ;
    • GSM Faks  — Faks sabit ödəniş haqqı.
    • Güzəşt paketi  — korporativ abonentlər üçün nəzərdə tutulmuş "Bürünc", "Gümüş" və "Qızıl" paketlərinə görə alınan sabit aylıq abunə haqqı;
    • Digər aylıq sabit haqqlar — yuxarıda qeyd olunan xidmətlər istisna olmaqla, digər xidmətlərə görə alınan sabit aylıq abunə haqqlarının cəmini göstərən məbləğ.
  3. İstifadə ödəniş haqqının tərkib hissələri:
    • şəbəkıdaxili danışıqlar — GSM-telefonundan istifadə zamanı edilən şəbəkıdaxili danışıqların məbləği;
    • beynəlxalq danışıqlar — GSM-telefonundan istifadə zamanı edilən beynəlxalq danışıqların məbləği;
    • şirkətdaxili zənglər — ŞirkətimCELL xidmətindən istifadə zamanı edilən şirkətdaxili danışıqların məbləği;
    • rominq danışıqları — Azərbaycandan xaricdə GSM-telefonundan istifadə zamanı edilən danışıqların məbləği;
  4. Son ödəmə tarixi: abonentin fakturasının ən son ödəmə günü. Bu tarixdən gec olan ödəmələr üçün xəttin kəsili olub-olmamasından asılı olmayaraq gecikmə faizi tətbiq edilir.
  5. Digər ödəniş haqqı: SIM-kart dəyişikliyi və ya nömrə dəyişikliyi üçün ödəniş haqqı və s.
  6. Gecikmə faizi: son ödəmə tarixi gecikdirilən faktura üçün tətbiq edilən gündəlik 0.1% gecikmə faizi.
  7. Faktura cəminin tərkib hissələri:
    • aylıq sabit ödəniş haqqı;
    • istifadə ödəniş haqqı;
    • digər ödəniş haqqı;
    • gecikmə faizi cəmini göstərən məbləğ.
  8. ƏDV: faktura cəminə tətbiq edilən Əlavə Dəyər Vergisi (gecikmə faizi xaric).
  9. Ümumi faktura dəyəri: ƏDV və faktura cəmini göstərən məbləğ.
  10. Düzəlişlər: abonentin ödənişinə müxtəlif səbəblərdən edilmiş düzəlişi göstərən məbləğ.
  11. Abonentin ödədiyi avans: fakturanın kəsilmə tarixinə qədər qabaqcadan ödənilən məbləğ. Faktura hazır olduqdan sonra, avans ödəməsi faktura məbləğindən çıxılır və qalan məbləğ son ödəmə gününə qədər ödənilməlidir.
  12. Ödəniləcək məbləğ: abonentin son ödəmə tarixinə qədər ödəməli olduğu məbləğ.
  13. Fakturanın dövrü: bu tarixlər arasında Azercell-ə çatmış danışıqların fakturalandığını göstərir.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr