Simurq - Fərdi Məlumat Vasitəsi
İndi, müxtəlif faydalı məlumat, yeniliklər, xəbərlər, musiqi və rəngarəng əyləncə Simurq-la sizə uyğun vaxtda, sizi narahat etmədən birbaşa telefonunuzun ekranına gələcək!
Ən əsası isə mesajlar fərdiləşdirilmiş şəkildə göndərilə bilər, yəni siz yalnız seçdiyiniz mövzuya aid mesajlar ala bilərsiniz.
Mesajlar telefon ekranında yalnız telefonunuz məşğul olmadığı halda əks olunacaq.
Xidmətdən istifadə etmək üçün bu xidməti dəstəkləyən SIM-kart əldə etmək lazımdır (Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərində). Simurq loqolu SIM-kartları əldə etmiş yeni abonentlərə SIM-kart dəyişikliyinin edilməsinə ehtiyac yoxdur.
SIMURG menyusu
Aktivetmə — Siz xidməti aktivləşdirə və deaktivləşdirə bilərsiniz.
Xidmət haqda — Xidmət haqqında qısa məlumat ala bilərsiniz.
Mövzularım — Burada mövzular və onların statusu göstərilir. Siz istədiyiniz mövzuya dair mesajları qəbul etmək və ya etməmək üçün onların statuslarını dəyişdirə bilərsiniz.
Arxiv — Son alınan və yaddaşda olan mesajlara baxmaq üçün istifadə edə bilərsiniz.
Ses. bildiriş — Səsli bildirişi aktivləşdirə və deaktivləşdirə bilərsiniz.
Dil seçimi — İstəyinizə görə rus dilini seçə bilərsiniz (xidmət azərbaycan dilindədir). Dili dəyişdirdikdə mövzular da seçdiyiniz dilə çevrilir (bir neçə dəqiqədən sonra).
Xidmətlər
Oyunlar
Oyun və yarış həvəskarısınızsa, Simurq-a köklənin! Ən son oyunlar haqda məlumat və telefona yükləmə imkanları – burada! Bundan başqa, müxtəlif viktorina və yarışlarda iştirak etməklə hədiyyələr qazanmaq şansınızı da əldən verməyin!
Idman
Futbol, voleybol, basketbol, həndbol, tennis, şahmat... Hansı idman növünün pərəstişkarı olursunuzsa olun, Simurq sizə bütün idman növlərinə dair ən son məlumatları, oyunların nəticələrini, oyunlardan fraqmenləri, ümumiyyətlə, idman dünyasından ən isti xəbərləri birbaşa telefonunuza almaq imkanı verəcək. Simuq-la siz ən son idman xəbərlərinin əhatəsində olacaqsınız!
Xəbərlər və hava
Ən son xəbərlər, faktlar və maraqlı hadisələr Sizin telefonunuzda! Xaricdə və ölkədaxilində nə baş verdiyini öyrənmək üçün yalnız telefonunuzun ekranına vaxtaşırı nəzər salmaq kifayətdir! Hava haqqında məlumat isə Sizə hər hava şəraitinə hazırlıqlı olmanıza yardımçı olacaq.
Biznes
Ən son iqtisadi xəbərlər, neft və qeyri-neft sahəsindən isti xəbərlər, birja bazarındakı son dəyişikliklər, qabaqcıl bankların valyuta məzənnələri, ipoteka və ümumiyyətlə iqtisadiyyata aid hər bir xəbər – Simurq-da!
Astrologiya
Biznes və ya sevgi həyatınızda uğurlar əldə etmək və məqsədlərinizə çatmaq istəyirsinizsə, Simurq-un təqdim etdiyi müxtəlif ceşidli astroloji proqnozlarından yararlanın!
Musiqi aləmi
Ən son musiqi xəbərləri - konsert proqramları, yeni musiqi albomları, şou-biznes aləmindən xəbərlər – bunların hamısı Simurqla birbaşa telefon ekranınıza gələcək! Simurq Sizə asudə vaxtlarınızda darıxmağa imkan verməyəcək!
Mobil əyləncə
Simurq-la mobil telefonunuz, həmçinin, fərdi əyləncə vasitəsinə çevrilir!
Telefonunuzu fərdiləşdirmək öz əlinizdədir. İndi Siz:
- Klassika, rok, pop, caz və s. janrda telefon zəngləri üçün melodiyalar və ZəngimCELL parçalarını;
- Xarici və yerli şou-biznes ulduzlarının şəkilləri;
- Müxtəlif video-rolikləri
telefonunuza yükləyə bilərsiniz.
Simurq-la Siz insan izdihamından seçiləcəksiniz!
Tanışlıq bürosu
Tənhasınızsa, özünüzə dost axtarırsınızsa, bu bölümü aktiv saxlamaq məsləhətdir. Əmin ola bilərsiniz ki, burada Siz mütləq özünüzə uyğun həmsöhbət tapacaqsınız. Bundan başqa, Siz söhbətlərinizi anonim şəkildə apara bilərsiniz.
Xidmətin qiyməti
Yayım mesajı — PULSUZDUR
Digər menyulardan birini seçdiyinizdə, üçüncü şirkətlər tərəfindən təqdim olunan qiymət cədvəlinə əsasən xidmətin haqqını ödəyəcəksiniz.
Təqdim olunan məzmunun qiyməti barədə öncədən xəbərdar ediləcəksiniz.
