Naviqasiya Xidməti

Naviqasiya xidməti ilə mobil telefonunuz sizin fərdi bələdçinizdir.


Sadəcə proqram təminatını telefona yükləyin və və bütün lazımi məlumatları elektron xəritə üzərində görün:

  • olduğunuz yer
  • doğru ünvan
  • tıxaclı və ya hər hansı bir səbəbdən bağlı yollar
  • ətrafdakı bütün məntəqələr (küçələr, kafelər, restoranlar, banklar, mağazalar və s.)

Həmçinin gedəcəyiniz yeri proqramda göstərməklə həmin nöqtəyə qədər ən əlverişli yolu asanlıqla seçə bilərsiniz.

Proqramı əldə etmək üçün 9886 nömrəsinə boş SMS göndərin.


Xidmət tarifləri


  • 9886 nömrəsinə göndərilən SMS: bütün Azercell abonentləri üçün - 1 qəpik
  • Naviqasiya xidmətindən 30 günlük istifadəyə görə lisenziya haqqı: bütün Azercell abonentləri üçün - 3.54 AZN.
    Naviqasiya xidmətinə ilk dəfə qoşulan abonentlər üçün birinci 30 günlük müddət PULSUZ təqdim edilir.

Xidmət CaspianNavTel şirkəti ilə birgə təqdim edilir.

Əlavə məlumat üçün mobil telefondan 6986 qısa nömrəsinə zəng edin.
Bütün abonentlər üçün 6986-ya zəngin qiyməti: ilk 5 dəqiqəyədək - 6 qəpik, 5 dəqiqədən sonra isə istifadə olunan tarifin şəbəkədaxili zənglərin qiyməti ilə eynidir.


Qeydlər:

  • Xidmətdən istifadə müddəti 30 gündür.
  • Xidmət Symbian və Windows Mobile sistemlərini dəstəkləyən mobil telefonlar üçün nəzərdə tutulub.
  • Proqramın və xəritənin yüklənilməsinə görə İnternet trafiki istifadə olunacaq (trafik cari tarifinizin İnternet və ya İnternet paketinin (abunə olduğunuz halda) qiymətinə uyğun hesablanacaq).

Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı