Azərbaycan dilindəIn EnglishПо-русски

Zəngimcell

Zəngimcell xidməti vasitəsilə standart çağırış zənglərini istədiyiniz səs və ya musiqi fraqmentləri ilə əvəz edə bilərsiniz. Sizə zəng edən hər kəsin telefonda sıxıcı gözləmə anlarının daha maraqlı və şən keçməsi üçün şərait yarada bilərsiniz.

Aşağıda göstərilən saytlara daxil olub səs və ya musiqi fraqmentlərini seçin:

Seçdiyiniz səs və ya musiqi fraqmentinin kodunu SMS vasitəsilə 6070 nömrəsinə göndərin. Bir necə andan sonra, siz sifariş etdiyiniz səs və ya musiqi fraqmenti haqda bildiriş mesajı alacaqsınız.
Qeyd: Səs və ya musiqi fraqmentindən standart istifadə müddəti 30 gündür.

Xidməti deaktiv etmək üçün: 000000 və ya STOP sözünü SMS-lə 6070 nömrəsinə göndərin.


İstifadə üçün müddət seçimi


Xidməti müəyyən müddətə aktiv etmək üçün Zəngimcell kodunu və ardından müvafiq hərfi cədvələ uyğun olaraq SMS-lə 6070 nömrəsinə göndərin.

İstifadə müddəti
Zəngimcell kodunun sonunda yığılacaq hərf
7 gün H
15 gün Y
30 gün sadəcə Zəngimcell kodunu yığın
60 gün A

“Köçürmə” funksiyası


Dostunuzun Zəngimcell-i çox xoşunuza gəlirsə və bu parçanı sizin telefonda da olmasını istəyirsinizsə, sadəcə dostunuzun nömrəsini (məsələn, 050 və ya 051 + nömrə) yazın və 6070-ə göndərin. Bununla həmin Zəngimcell-i öz telefonunuza köçürəcəksiniz.

“Hədiyyə” funksiyası


Zəngimcell-i dostunuza hədiyyə edə bilərsiniz.

Seçdiyiniz Zəngimcell kodunu yazın, sonra boşluq buraxın, 050(051)dostunuzun nömrəsini yazın və SMS-lə 6070 nömrəsinə göndərin.

IVR üzərindən Zəngimcell


Siz Zəngimcell xidmətini IVR üzərindən də (İnteraktiv səsli cavablama) aktiv edə bilərsiniz. Bunun üçün 6900 və ya 6988 nömrəsinə zəng etmək kifayətdir. Salamlamadan sonra Sizə səsli yardım göstəriləcək.

Əlavə məlumat üçün:

  • 6900 nömrəsi ilə bağlı "Digital Services Company" şirkətinə müraciət edə bilərsiniz.
    Əlaqə nömrəsi: 497-35-35
    İş rejimi: Bazar ertəsi - Cümə, saat 10:00 - 23:00-a dək (fasiləsiz); şənbə - bazar günləri, saat 11:00 - 16:00-a dək (fasiləsiz)

  • 6988 nömrəsi ilə bağlı "Mobisky" şirkətinə müraciət edə bilərsiniz.
    Əlaqə nömrələri: 497-24-24, 436-84-52.

Zəngimcell qalereyası: zengim.azercell.com


İndi 1 deyil, 99 nəfərə fərqli Zəngimcell dinlətmək imkanı var. Hər zəng edən abonentə və ya qrup abonentlərinə fərqli Zəngimcell parçası səsləndirə bilərsiniz.

Bundan başqa Zəngimcell-lərin səsləndirilməsi üçün vaxt da seçə bilərsiniz – gündüz vaxtı (09:00 – 17:59), axşam vaxtı (17:59 – 09:00).
Şəxsi Zəngimcell qalereyanızı idarə etmək üçün – melodiyaları təyin etmək, istədiyiniz şəxsin nömrəsini əlavə etmək, Zəngimcell-in səsləndirilməsi üçün vaxt seçmək və s.) – zengim.azercell.com WEB/WAP səhifəsinə daxil olun öz Zəngimcell xidmətinizi arzuladığınız kimi redaktə edin.

Həmçinin SMS-komandaları vasitəsilə də Zəngimcell-lərinizi idarə edə bilərsiniz.

Zəngimcell+


25 iyun 2011-ci il tarixindən yeni "Zəngimcell+" xidməti istifadəyə verilib. Xidmət Mobisky şirkəti ilə birgə təqdim edilir (www.plus.6070.az).

6988 nömrəsi üzərindən Zəngimcell aldığınız zaman sizə unikal kod göndəriləcək. Əldə etdiyiniz kodu digər Azercell abonentləri 6988 nömrəsi vasitəsilə Zəngimcell kimi yükləsələr, sizin balansınıza 12 qəpik vəsait oturacaq.

Kodun yüklənməsində məhdudiyyət yoxdur, yani istənilən müddət ərzində həmin kod neçə dəfə yükləndiyindən asılı olmayaraq hər dəfə balansınıza 12 qəpik yüklənəcək.

Tariflər


  • 6070 nömrəsinə göndərilən 1 SMS – 0.03 AZN
  • Zəngimcell-in sifarişi, köçürülməsi və hədiyyə göndərilməsi – 1.03 AZN
  • 6988 nömrəsi üzərindən Zəngimcell-in sifarişi – 1.03 AZN
  • 7 günlük Zəngimcell – 36 qəpik (+0.03 AZN SMS qiyməti)
  • 15 günlük Zəngimcell – 60 qəpik (+0.03 AZN SMS qiyməti)
  • 30 günlük Zəngimcell – 1 AZN (+0.03 AZN SMS qiyməti)
  • 60 günlük Zəngimcell – 2 AZN (+0.03 AZN SMS qiyməti)
  • 6900 nömrəsinə edilən zəngin haqqı: 1 dəqiqə – 0.20 AZN
  • 6988 nömrəsinə edilən zəngin haqqı: 1 dəqiqə – 0.06 AZN
  • WEB və Mobil İnternet səhifəsi üzərindən göndərilən komandalar – pulsuz (Hədiyyə və Sifariş əməliyyatları istisna olmaqla)


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı