SMS-lə məzmun (InfoCELLonSMS)Bu xidmət Azercell abonentlərinə müvafiq xidmət nömrələrinə mesaj göndərərək gündəlik xəbərlər, faydalı və əyləncə xarakterli məlumatı əldəetmə imkanını yaradır. Xidmət avtomatik olaraq bütün Azercell abonentləri üçün pulsuz aktiv edilir.
Xidmətdən istifadə qaydaları
Sizi maraqlandıran məlumatı almaq üçün uyğun olan xidmət nömrəsinə müvafiq qaydada qısa mesaj göndərməlisiniz.
Misal üçün: 7005 nömrəsinə boş qısa mesaj göndərməklə, siz günün maraqlı faktını ala bilərsiniz.
Daha bir misal: Bakı şəhərində yerləşən iki böyük kinoteatrın gündəlik proqramını öyrənmək üçün, "Azərbaycan" sözünü qısa mesaj mətninə daxil edib 7011 nömrəsinə göndərməklə "Azərbaycan" kinoteatrı, "Nizami" sözünü daxil edib 7011 nömrəsinə göndərməklə isə "Nizami" kinoteatrında nümayış olunan filmlər barədə məlumat almaq olar.
Xidmətdən istifadə etmək üçün xidmət nömrələri, onlara uyğun olaraq təqdim olunan məlumat növləri və müvafiq əməliyyat qaydaları aşağıdakı cədvəldə göstərilmişdir.
| nömrə |
məlumat növü |
əməliyyat |
| 7000 |
Yardım (xidmət məlumat növlərinin siyahısı) |
Boş mesaj göndərmək |
| 7001 |
Günün xəbəri |
Boş mesaj göndərmək |
| 7002 |
Həftəlik ən yaxşı 10 film |
Boş mesaj göndərmək |
| 7003 |
Yumor |
Boş mesaj göndərmək |
| 7004 |
Aforizm |
Boş mesaj göndərmək |
| 7005 |
Maraqlı fakt |
Boş mesaj göndərmək |
| 7006 |
Siyasi xəbərlər |
Boş mesaj göndərmək |
| 7007 |
Ulduz falı |
Doğum tarixini GGAA formatında daxil edib mesaj göndərmək |
| 7008 |
İdman xəbərləri |
Boş mesaj göndərmək |
| 7009 |
İqtisadi xəbərlər |
Boş mesaj göndərmək |
| 7010 |
Hava |
Boş mesaj göndərmək |
| 7011 |
Kino |
Kinoteatr adını daxil edib mesaj göndərmək (Azerbaycan, Nizami) |
| 7012 |
Teatr |
Teatr adını daxil edib mesaj göndərmək (Azdrama, MK, Opera&Balet, Rusdrama, Tuz) |
| 7013 |
Valyuta |
Valyuta adını daxil edib mesaj göndərmək (evro, dinar, dollar, lira, funt, rial, rubl, yen) |
| 7014 |
Ölkə/şəhər kodu |
Ölkə/şəhər adını daxil edib mesaj göndərmək |
| 7015 |
Rayon kodu |
Rayon adını daxil edib mesaj göndərmək |
| 7016 |
Rominq |
Ölkə adını daxil edib mesaj göndərmək |
Xidmət cavab mesajı üç dildə göndərə bilər —Azərbaycan, rus və ingilis. Cavab- mesajın hansı dildə gəlməsi sizin mövcud qısa mesaj xidmətinin sistemdə hansı dildə qurulmasından asılıdır.
Bu xidmətdən istifadə edərkən məlumatı digər dildə almaq istəyirsinizsə, o zaman müvafiq olaraq lang=eng, lang=rus və yaxud lang=az komandasını qısa mesajla 0 nömrəsinə (0,01 AZN və ya 1 kontur )göndərin.
Tariflər
Xidmətin qiymətinə dair məlumatı “Tariflər” bölümündən ala bilərsiniz. |
Qeyd: rusdilli cavab mesajları translit formatında daxil olacaq.