MobilBankƏgər siz Azercell abonenti və eyni zamanda Azərbaycan Beynəlxalq bankının* müştərisisinizsə, MobilBank xidmətindən istifadə edə bilərsiniz.
Bu xidmət növü müştərilərə bank ofislərinə gəlməyə və ya zənglərə sərf edilən vaxta və vəsaitlərə qənaət etməyə imkan verməklə bərabər, həftənin 7 günü 24 saat ərzində ölkə hüdudlarından kənarda olduqda belə bank hesablarının vəziyyəti, son əməliyyatlar barədə məlumat, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə məlumat almaq imkan yaradır.
Ən əsası isə - istənilən zaman mobil telefon xərclərini və elektrik enerjisi haqqını birbaşa telefonlarından ödəyə bilərlər!
MobilBank xidmətinə izn xüsusi məxfi şifrə (PIN) vasitəsilə mühafizə olunur (şifrə müştəri tərəfindən təyin edilir)
MobilBank xidmətinə necə qoşulmaq olar
- MobilBank xidmətinə qoşulmaq üçün Azercell Müştəri Xidmətlərinə yaxınlaşıb, xidməti dəstəkləyən xüsusi SIM-kartı əldə edin.
- Hesab nömrəsi olan plastik kartınız ilə Azərbaycan Beynəlxalq bankına müraciət edib xüsusi ərizə formunu doldurun.
Xidmətdən istifadə qaydaları
Xüsusi SIM-kartı telefonunuza quraşdırın. Telefonun menyusuna daxil olub Azercell->MobilBank->Info bəndinə daxil olun. Ekranda proqram təminatının versiyası göstərilir. OK düyməsini basdıqda ekrana unikal şifrə çıxır. (şifrə müştəri tərəfindən təyin edilir). Sizi maraqlandıran bəndi seçin, tələb edildikdə PIN daxil edin. (PIN minimum 4, maksimum - 8 rəqəmdən ibarət olmalıdır.) Xidmət ilə aparılan əməliyyat sona çatdıqda telefonunuzun NO düyməsinə basın.
MobilBank xidməti üçün dil seçimi
Dil seçimi etmək üçün “Language” bəndini seçin. Ekranda seçim üçün üç dil versiyası təqdim edilir: “Azərbaycan”, “Русский”, “English”. Xidmət üçün dil seçimi edib, OK düyməsinə basın.
Mobil Bank vasitəsilə göstəlirən xidmətlər
Xidmətlər:
- Balansın öyrənilməsi
- Hesabdan çıxarış
- MobilBank sistemində dəyişiklərin edilməsi
Ödənişlər:
- Azercell xidmətlərinin ödənişi
- Elektrik enerjisi haqqının ödənişi
Bildirişlər:
- Aparılan əməliyyatlar və MobilBank sistemində dəyişikliklər haqqında SMS vasitəsilə bildirişlərin alınması
Tariflər
Xidmətlər və bank əməliyyatları barədə 7112 nömrəsindən alınan mesajın qiyməti - 0,10AZN(ƏDV xaric) və ya 22 kontur
Menyu dəyişiklikləri üçün göndərilən və alınan SMS- pulsuz.
|
Qeyd: *Hal-hazırda MobilBank xidmətindən yalnız Azərbaycan Beynəlxalq bankın müştəriləri istifadə edə bilər. Tezliklə bankların siyahısının artırılması nəzərdə tutulur. Yeni banklar barədə məlumat almaq üçün mütəmadi olaraq www.azercell.com səhifəsini ziyarət etmənizi tövsiyyə edirik.
Qeyd: MobilBank xidmətinə qoşulmaq üçün mobil telefon nömrəsi və bank hesab nömrəsi mütləq eyni şəxsin adına olmalıdır.
Qeyd: Ödənişlər bölümündə ödəniş edərkən 10-rəqəmli telefon nömrəsi yığılmalıdır, yəni telefon nömrəsinin əvvəlində operator kodunu (050 və ya 051) yığmaq lazımdır.