Azərbaycan dilindəIn EnglishПо-русски

İnteraktiv Səsli Cavablama

İnteraktiv Səsli Cavablama (İVR — İnteractive Voice Response) sayəsində Azercell Müştəri Xidmətləri sizə keyfiyyətcə tam yeni xidmət təklif edir.

Azercell abonentləri Interaktiv Səsli Cavablama xidməti vasitəsilə xətdə gözləmədən operativ məlumat almaq və müxtəlif əməliyyatları müstəqil icra edə bilərlər.

Xidmətdən istifadə edtmək üçün aşağıda qeyd olunan nömrələrə zəng etmək kifayətdir.

  • Azercell Fakturalı Xətt: 490-52-52 (analoq tipli ATS-dən 490-52-52 *) və ya mobil telefondan 6565;
  • SimSim abonentləri: 490-49-49 (analoq tipli ATS-dən 490-49-49 *) və ya mobil telefondan 2002.

Sonra, dil seçimi edir və səsli yardımın köməyi ilə maraqlandığınız məlumatı dinləyir və ya nömrənizlə bağlı əməliyyatın icrasına keçirsiniz.

İVR-in Əsas menyusu

Əsas menyuda sizə lazım olan İVR növünü müvafiq düymələr vasitəsilə seçin:

  • 1 — Statik İVR (xidmətlər, yeniliklər, kampaniyalar və s. haqqında məlumat)
  • 2 — Dinamik İVR (əməliyyatların icrası);
  • 3 — Operatorla əlaqə.

Statik İVR

Statik İVR- dan istifadə qaydaları bütün Azercell abonentləri üçün eynidir.

Sizi maraqlandıran məlumatı almaq üçün müvafiq düyməni basın:

  • 1 — cari kampaniyalar və yeniliklər;
  • 2 — xidmətlər və tariflər;
  • 3 — tarif paketləri;
  • 4 —yığım qaydaları
  • 5 — Azercell Ön Masa ofisləri və Azercell Ekspres ünvanları;
  • 6 —ödəmə üsulları;
  • * — operatorla əlaqə;
  • # — əsas menyuya qayıdış.

Dinamik İVR

Dinamik İVR-ın Fakturalı Xətt və SimSim abonentləri üçün təqdim etdikləri əməliyyatlar fərqlidir. İstədiyiniz əməliyyatı icra etmək üçün müvafiq düyməni seçin.

Fakturalı Xətt abonentləri üçün əməliyyatlar

  • 1 — xəttin aktiv və ya deaktiv edilməsi;
  • 2 — GizlətCELL və GizliCELL xidmətlərinin aktiv və ya ləğv edilməsi; GizlətCELL xidmətindən GizliCELL xidmətinə və ya, əksinə, GizliCELL xidmətindən GizlətCELL xidmətinə keçid;
  • 3 — faktura dövrünün dəyişdrilməsi;
  • 4 — tarif paketinin dəyişdirilməsi;
  • 5 — beynəlxalq xəttin açılması və ya bağlanması;
  • 6 — əməliyyatların icrası üçün tələb edilən şifrənin alınması və ya dəyişdirilməsi;
  • 7 — əməliyyatların icrası zamanı istifadə edilən dilin dəyişdirilməsi;
  • * — operatorla əlaqə;
  • # — əsas menyuya qayıdış.

SimSim abonentləri üçün əməliyyatlar

  • 1 — xəttin aktiv və ya deaktiv edilməsi;
  • 2 — GizlətCELL və GizliCELL xidmətlərinin aktiv və ya ləğv edilməsi; GizlətCELL xidmətindən GizliCELL xidmətinə və ya, əksinə, GizliCELL xidmətindən GizlətCELL xidmətinə keçid;
  • 3 — KonturCELL xidmətinin aktiv və ya ləğv edilməsi;
  • 4 — 1001CELL xidməti üçün dil seçimi;
  • 5 — əməliyyatların icrası üçün tələb edilən şifrənin alınması və ya dəyişdirilməsi;
  • 6 — əməliyyatların icrası zamanı istifadə edilən dilin dəyişdirilməsi;
  • * — operatorla əlaqə;
  • # — əsas menyuya qayıdış.

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr