Azərbaycan dilindəIn EnglishПо-русски

SMS Banking

Əgər siz Azercell abonenti və eyni zamanda AtaBank ASC-nin müştərisisizizsə, SMS Banking xidmətindən istifadə edə bilərsiniz.

Azərbaycanda ilk dəfə təqdim edilən bu xidmət növü AtaBank ASC-nin müştərilərinə bank ofislərinə gəlməyə və ya zənglərə sərf edilən vaxta və vəsaitlərə qənaət etməyə imkan verməklə bərabər, həftənin 7 günü 24 saat ərzində ölkə hüdudlarından kənarda olduqda belə bank hesablarının vəziyyəti, son əməliyyatlar barədə məlumat, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə məlumat almaq imkan yaradır.

AtaBankın müştəriləri 9099 nömrəsinə SMS-istək göndərməklə “SMS Banking” xidmətinə qoşularaq:

  • depozit hesabları və cari hesabların qalığı;
  • depozitlər üzrə hesablanmış aylıq faizlər;
  • kredit və faiz borcu

haqqında məlumat ala bilərlər.

Yuxarıda qeyd olunanlar barədə məlumatları əldə etmək üçün 9099 nömrəsinə aşağıdakı formatda SMS göndərilməlidir: müştərinin sıra nömrəsi + şifrəsi + hesab nömrəsi + öyrənilən tarix.

Müştərilər hesablarında hər hansı bir əməliyyat olduğu təqdirdə avtomatik mobil telefonlarına 7032 nömrəsindən SMS vasitəsilə aşağıdakı məlumatları alacaqlar:

  • cari və ya depozit hesablarına vəsait daxil olarkən və ya çıxarılarkən;
  • depozit hesablarına aylıq hesablanmış faizlər;
  • plastik kartlar vasitəsilə edilmiş ödənişlər və bankomatlardan çıxarılmış vəsaitlər.

SMS Banking xidmətinə qoşulmaq arzusunda olan müştərilər bankın ofislərinə yaxınlaşaraq müvafiq ərizə formasını doldurmalı və müqaviləni imzalamalıdırlar.

Tariflər

9099 və 7032 nömrələrindən alınan hər mesaj üçün 0,05 AZN (ƏDV xaric) və ya 11 kontur.

Daha ətraflı məlumat üçün 497-87-00 telefon nömrəsi vasitəsilə və ya www.atabank.com İnternet səhifəsinə müraciət edə bilərsiniz.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr