Azərbaycan dilindəIn EnglishПо-русски

Reklama abunə

ReklamCELL xidməti reklam xəbərlərinin müştəriyə birbaşa çatdırılmasını təmin edən əvəzedilməz ünsiyyət vasitəsidir.

ReklamCELL xidməti müxtəlif şirkətlərdən reklam məlumatlarının toplanılması və Azercell abonentlərinin maraq dairələri nəzərə alınaraq onlara reklamxarakterli mesajlar göndərmək imkanı verir.

ReklamCELL xidmətinə abunə olan Azercell abonentləri öz balanslarını artırmaq imkanı əldə edirlər.

ReklamCELL xidmətinə abunə olmaq üçün təvəllüdünüzü 8008 nömrəsinə göndərin, daxil olacaq daha 3 (üç) SMS-suala cavab verin, xidmətə abunə olun. Reklam mesajlarını oxuyun — PULSUZ danışıq vaxtı əldə edin!

ReklamCELL xidmətindən daxil olan hər mesaj Azercell Fakturalı Xətt abonentinin balansına 0,01 AZN; SimSim, Bizdən Bizə və GəncSim abonentlərinin balansına isə 2 kontur əlavə edir.

ReklamCELL xidmətini deaktiv etmək üçün STOP sözünü, sonra yenidən ReklamCELL xidmətinə abunə olmaq istədikdə isə START sözünü SMS-lə 8008 nömrəsinə göndərin.

Tariflər

8008 qısa nömrəsinə göndərilən 1 qısa mesajın qiyməti — Azercell Fakturalı Xətt abonentləri üçün — 0.01 AZN, SimSim, GəncSim və Bizdən Bizə abonentləri üçün 2 konturdur.

Qeyd: Abonentlərə ödənişsiz təqdim olunan qısa mesajlardan bu xidmət çərçivəsində istifadə etmək olmaz.

Şirkətlər üçün

ReklamCELL vasitəsi ilə şirkətinizin hər hansı bir məhsulunu və ya xidmətini reklam etmək istəyirsinizsə, Unimark şirkətinə (tel: 497-04-29) müraciət etməlisiniz. Unimark şirkəti müəssisəniz üçün toplu SMS tarif planı yaradacaqdır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr