ZəngimCELL xidməti vasitəsilə standart çağırış zənglərini istədiyiniz səs və ya musiqi fraqmentləri ilə əvəz edə bilərsiniz. Sizə zəng edən hər kəsin telefonda sıxıcı gözləmə anlarının daha maraqlı və şən keçməsi üçün şərait yarada bilərsiniz.
Aşağıda göstərilən istədiyiniz provayderin saytına daxil olun. Səs və ya musiqi fraqmentini seçin:
Seçdiyiniz səs və ya musiqi fraqmentinin kodunu qısa mesaj vasitəsilə 6070 nömrəsinə göndərin. Bir necə andan sonra, siz sifariş etdiyiniz səs və ya musiqi fraqmenti haqda bildiriş mesajı alacaqsınız. Səs və ya musiqi fraqmentdən istifadə müddəti 30 gündür.
Hər yüklənmiş səs və ya musiqi fraqmenti Azercell Fakturalı Xətt abonentləri üçün — 1 AZN (ƏDV xaric);
SimSim abonentləri üçün — 250 konturdur.
6070 nömrəsinə edilmiş hər sifariş üçün abonentdən göndərilmiş SMS üçün 0.05 AZN (ƏDV xaric) və ya 11 kontur çıxılır.
Dostunuza hədiyyə etmək istəyirsiniz?
Buyurun!
İndi istədiyiniz ZəngimCELL-i dostunuza hədiyyə edə bilərsiniz!
Necə?
Seçdiyiniz ZəngimCELL kodunu yazın, sonra boşluq buraxıb, 050(051)dostunuzun nömrəsini yazın və bu SMS-i 6070 nömrəsinə göndərin. Bu qədər asan!
Yaxşı dost hədiyyəsindən tanınar!
Tarif:
Azercell Fakturalı Xətt abonentləri - 1,05 AZN (ƏDV xaric)
SimSim abonentləri: Açıq Xətt, Bizdən Bizə - 261 kontur; GəncSim – 258 kontur.
Yeni “Köçürmə” funksiyası!
Dostunuzun ZəngimCELL-i çox xoşunuza gəlir?! Ona yalnız onun ZəngimCELL-ni eşitmək üçün zəng edirsiniz?! Sizin telefonda da olmasını istəyirsiniz?! Problem deyil! İndi kod axtarışı elan etməyə ehtiyac yoxdur, sadəcə olaraq digər abonentin nömrəsini (məsələn, 050 və ya 051 + nömrə) yazın və 6070-ə göndərin və həmin ZəngimCELL-i öz telefonunuza köçürün.
Standart çağırış zənglərini dəyişin və sıxıcı gözləmə anlarının həzz və şən anlara çevrilməsi üçün şərait yaradın.
Tarif:
Azercell Fakturalı Xətt abonentləri - 1,05 AZN (ƏDV xaric)
SimSim abonentləri: Açıq Xətt, Bizdən Bizə - 261 kontur; GəncSim – 258 kontur.
İVR üzərindən ZəngimCELL
ZəngimCELL xidmətinin aktiv edilməsi üçün daha bir üsul!
Artıq Azercell abonentləri IVR üzərindən də (İnteraktiv səsli cavablama) çağırış zənglərini istənilən səs və ya musiqi fraqmentləri ilə əvəz edə bilərlər. Bunun üçün 6900 və ya 6988 nömrəsinə zəng etmək kifayətdir. Salamlamadan sonra Sizə səsli yardım göstəriləcək.
Hər yüklənmiş səs və ya musiqi fraqmenti - 1,00 AZN (ƏDV xaric) və ya 250 kontur + 6900 və ya 6988 qısa nömrəsinə edilən zəngin haqqı (1 dəqiqə - 0,05 AZN (ƏDV xaric) və ya hər 2 saniyyə - 1 kontur).
Əlavə məlumat üçün:
6900 nömrəsi ilə bağlı "Digital Services Company" şirkətinə müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 497-35-35. İş rejimi: Bazar ertəsi - Cümə, saat 10:00 - 23:00-a dək (fasiləsiz); şənbə - bazar günləri, saat 11:00 - 16:00-a dək.(fasiləsiz):
6988 nömrəsi ilə bağlı "Mobisky" şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrələr: 497-24-24, 436-84-52. |
Qeyd: Xidməti deaktiv etmək üçün:






(sıfır) və ya STOP sözünü sms-lə (0,05 AZN (ƏDV xaric) / 11kontur) 6070 nömrəsinə göndərin.