Statik İPAzercell Fakturalı Xətt abonentləri GPRS-dən istifadə etmək üçün Statik IP xidmətindən faydalana bilərlər.
Statik IP - kompüter üçün servis provayder tərəfindən təyin edilmiş dəyişməyən şifrədir. IP ünvanı İnternet şəbəkəsində kompüterlərin arasında əlaqə yaratmaq (məlumat ötürmək, qəbul etmək) imkanını yaradır.
Xidmətdən istifadə
Xidmətə qoşulmaq və abonentliyi ləğv etmək üçün abonent Bakı və Bölgə Müştəri Xidmətlərinin ofislərinə şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilər. İP ünvanı barədə məlumat abonentə Müştəri Xidmətləri ofisində xidmətə qoşulma zamanı təqdim edilir.
Qeydlər:
- Xidmətə təkrarən qoşulduqda və ya hər hansı səbəbdən xidmət ləğv olunduqda (nömrə ləğv edildikdə, abonent özü xidmətdən imtina etdikdə və s.) və daha sonra abonent yenə bu xidmətə qoşulduqda yeni fərqli İP verilir.
- GRPS-a giriş üçün “APN name” bölümündə “Pro” yazılmalıdır.
Tariflər
Xidmətə qoşulma haqqı - 5 manat (ƏDV xaric)
Aylıq abonentlik haqqı - 3 manat (ƏDV xaric)
İstifadə haqqı 10KB üçün - 0,01 manat (ƏDV xaric, hesablama intervalı 10 KB-dir)
Qeyd: xidmətdən istifadə və digər ödəmələr hesab-fakturada " DİGƏR XİDMƏT HAQQLARI " bölümündə əks olacaq.
|