Azərbaycan dilindəIn EnglishПо-русски

PC Internet

PK İnternet (Personal Kompyuter üçün İnternet) - Azercell və Azeronline şirkətlərinin təqdim etdikləri birgə xidmətdir. Bu xidmət Azercell abonentlərinə İnternet kartı almadan İnternetə qoşulmaq imkanı verir.

1, 3, 5 və ya 10 rəqəmini 9070 nömrəsinə göndərin, müvafiq olaraq 1, 3, 5 və 10 saatlıq İnternetə giriş haqqı qazanın.

Siz həmçinin 30, 60 və ya 90 saatlıq İnternet də əldə edə bilərsiniz. Bunun üçün isə 30, 60 və ya 90 rəqəmini 9070 nömrəsinə göndərin.

Göndərilmiş mesaja cavab olaraq sistem tərəfindən içərisində aşağıdakı məlumatlar olan mesaj alacaqsınız: istifadəçi adı, şifrə, dial-up və Azeronline Müştəri Xidmətlərinin əlaqə nömrələri.

İstifadəçi adı və şifrə alındığı gündən etibarən 3 ay müddətində etibarlıdır.

Tariflər

Saat Xidmətin qiyməti (AZN)
1 0.24
3 0.59
5 1.06
10 1.77
30 4.25
60 7.67
90 11.09

200 saatlıq İnternetə abunə

Azercell Fakturalı Xətt abonentlərinə İnternetə qoşulmaq artıq daha rahat və sərfəlidir. Bunun üçün 9070 nömrəsinə ayliq200 yazıb göndərin və Azeronline-dan 200 saatlıq İnternetə abunə olun.

Abunəlikdən imtina etmək üçün 9070 nömrəsinə 0 göndərmək lazımdır.

Tariflər: 16.29 AZN.

Daha ətraflı məlumat üçün: Azeronline Müştəri Xidmətləri — 490 49 94 - şəhər telefonundan; 2020 - mobil telefondan (Azercell Fakturalı Xətt abonentləri üçün 2020 nömrəsinə zəngin birinci 5 dəqiqəsi pulsuzdur, birinci 5 dəqiqədən sonra danışıq haqqı müvafiq tarif paketinin şəbəkədaxili tarifləri ilə eynidir. SimSim abonentləri üçün isə davamlılığından asılı olmayaraq, bir zəngin qiyməti 10 qəpikdir).


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı