Azərbaycan dilindəIn EnglishПо-русски

SürətDataCELL

SürətDataCELL xidmətinə qoşulmaqla Siz “mobil ofis” ifadəsinin nə olduğunu biləcəksiniz, yəni Siz öz işlərinizi Azərbaycanın istənilən nöqtəsindən idarəedəbilmə şansına sahib olacaqsınız. SürətDataCELL xidməti vasitəsilə Siz:

  • mobil telefon vasitəsilə PC/laptop(a/dan) data göndərib, qəbul edəcəksiniz;
  • İnternet/İntranet-ə çıxış əldə edəcəksiniz;
  • e-mail vasitəsilə əlaqəyə girəcəksiniz;
  • fayl ötürə biləcəksiniz.

Adi halda dataötürmə sürəti saniyədə 9,6 kilobitdır. SürətDataCELL bu sürəti 4 dəfəyə qədər artıra bilir və bunu Ericsson-un WISE™ High Speed İnternet həllinin sayəsində həyata keçirir. Ericsson-un WISE™ High Speed İnternet həlli nədir? Bu:

  • HSCSD (High Speed Circuit Switched Data) texnologiyası, data ötürülməsi üçün şəbəkənin imkanlarından asılı olaraq eyni zamanda çoxsaylı zaman slotlarından istifadə edərək, onun sürətinin 3 dəfə artmasına imkan yaradır;
  • HDLC texnologiyası, effektiv data ötürülmə sürətini 25% artırır;
  • İAS texnologiyası, İnternetə şəhər telefon şəbəkəsindən istifadə etmədən, habelə qoşulma vaxtını 40 saniyədən 10 saniyəyədək azaldaraq, birbaşa qoşulma imkanı verir;
  • WebOnAir™ Filter Proxy avadanlığı ötürüləcək datanın miqdarını Web səhifələrinin sıxılması və optimallaşdırılması hesabina azaldır.

SürətDataCELLdən istifadə etmək üçün Sizə aşağıdakılar lazımdır:

  • portativ kompakt kompyuter (PC);
  • PCMCİA Nokia Card Phone və ya SürətDataCELL-ə uyğun mobil telefon.

Əlaqə, həmçinin, mobil telefon və portativ kompakt kompyuterin infraqırmızı portları vasitəsilə də qurula bilər.

Telefonunuzun modelinə uyğun olaraq aşağıdakı istifadə qaydalarından birini kompüterinizə yükləyə bilərsiniz:

azercell_mobile_office_normal_en.pdf
Normal Data dəstəkləyən mobil telefonlar üçün
azercell_mobile_office_hscsd_en.pdf
Sürətli Data'nı dəstəkləyən avadanlıq üçün
azercell_web-on-air.exe
WebOnAir filtr

Tariflər

Azercell Fakturalı Xətt abonentləri üçün hesablanma tarif paketinizə uyğun olaqar danışıq haqqı ilə eyni aparılır. SimSim abonentləri üçün isə 2 san.= 1 kontur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr