Azərbaycan dilindəIn EnglishПо-русски

MobilMail (Fərdi)

Elektron poçtunuzu telefonunuzda yoxlayın!
Ailəniz və dostlarınızdan gələn vacib elektron məktublardan vaxtında xəbərdar olun…

Telefonunuzda olan MobilMail xidməti sizə mövcud olan elektron poçt ünvanınızdan elektron məktubları həm göndərmək, həm də almaq imkanı verir.

Bu xidmətə sahib olmaqla siz heç nəyi nəzərdən qaçırmayacaqsınız – telefonunuzu elektron məktublarınızı hər zaman və hər yerdə yoxlamaq üçün quraşdırın.

Bunun üçün sizə nə lazımdır?

MobilMail proqramını əldə etmək üçün http://mm.azercell.com saytına daxil olun (mobil telefondan / kompyuterdən) və ya Atatürk pr. 2 (Gənclik metro stansiyasının yaxınlığında) yerləşən Müştəri Xidmətləri Ofisinə (Smart Solution) müraciət edin.

MobilMail proqramını telefonunuza quraşdırdıqdan sonra siz avtomatik olaraq verilən bütün qayda və şərtlərlə razılaşmış olursunuz.

Proqramı telefonunuza quraşdırdıqdan dərhal sonra sizə aktivasiya kodu göndəriləcək. Bu kodu aldıqdan sonra http://mm.azercell.com saytına daxil olun, orada göstərilmiş təlimatlara riayət edərək kodu daxil edin və xidmətdən istifadəyə başlayın.

Proqramı, elektron məktubları vaxt intervalları və ya vaxt intervalları olmadan almaq və göndərmək şəklində konfiqurasiya edə bilərsiniz.

Xidməti dəstəkləyən cihazlar

“Symbian OS” və “Windows Mobile OS” operativ sistemləri olan mobil telefonlar:

Xidməti dəstəkləyən elektron poçt servis provayderləri

Azercell-in təqdim etdiyi MobilMail xidməti POP3 və IMAP4 protokollarını dəstəkləyən istənilən İnternet elektron poçt provayderləri ilə işləyəcək şəkildə tərtib olunmuşdur.

Diqqət!!!

Hotmail və Yahoo elektron poçt servis provayderləri POP üçün giriş və yönləndirmə qadağaları tətbiq edir, əgər Siz bu provayderlərin müştərisinizsə, portları açdıraraq MobilMail xidmətindən istifadə etmək üçün bu provayderlərə müəyyən məbləğ* ödəməlisiniz. * ödəniləcək məbləği dəqiqləşdirmək üçün elektron poçt servis provayderinizə müraciət edin.

Tariflər

Abonent GPRS/EDGE təyinatı (APN) GPRS/EDGE istifadə haqqı
Azercell mail 1 MB – 0.70 AZN
SimSim mail 5 KB – 1 kontur

Qiymətlər AZN ilə ƏDV-siz verilmişdir

Qeydlər:

  • MobilMail xidmətindən istifadə etmək üçün GPRS xidməti aktivləşdirilməlidir.
  • Yuxarıda göstərilən tariflər sadəcə ölkə daxilində istifadə vaxtı keçərli hesab olunur. Xidmətdən ölkə xaricində istifadə etdikdə xidmət GPRS-rominq tariflərinə uyğun olaraq hesablanacaqdır.
  • Qiymətləndirmə intervalı hər 5 KB üzrə hesablanır.
  • Xidmətdən istifadəni dayandırmaq üçün http://mm.azercell.com saytına daxil olun (xidmət 90 təqvim günü ərzində istifadə olunmadığı halda avtomatik olaraq dayandırılacaqdır)

MobilMail xidmətləri üçün Təlimat kitabçaları

userguide_s603rded.pdf
Təlimat kitabçası_S60_3rd ed
userguide_enterprise_s80.pdf
Təlimat kitabçası_Enterprise S80
userguide_sp.pdf
Təlimat kitabçası_SP
userguide_ppc.pdf
Təlimat kitabçası_PPC
userguide_j2me.pdf
Təlimat kitabçası_J2 ME
userguide_uiq3.pdf
Təlimat kitabçası_UIQ
userguide_enterprise_s60.pdf
Təlimat kitabçası_Enterprise S60

Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr