Azərbaycan dilindəIn EnglishПо-русски

GPRS/EDGE

GPRS (General Packet Radio Service) – məlumatın mobil telefon üzərindən paket şəklində GSM standart səs kanalları ilə (9,6 kbps) müqayisədə daha sürətli ötürülməsini və alınmasını təmin edən texnologiyadır. GPRS-in Azercell şəbəkəsindəki hazırkı konfiqurasiyası məlumatı 48 kbps sürəti ilə ötürmə imkanı verir.

GPRS hansı imkanları verir:

  • İnternetə giriş izni;
  • Elektron-poçtdan istifadə etmə;
  • GPRS-dən istifadə zamanı zəngin edilməsi və qəbul olunması;
  • MMS, WAP və digər proqramlardan istifadə;
  • musiqi, şəkil, oyun və s. yüklənilməsi.

İnternet və MMS seçənəkləri üçün tıklayın.


Tariflər


  • GəncSim abonentləri üçün: 1 MB - 20 qəpik;
  • Digər abonentlər üçün: 1 MB - 40 qəpik.

Hesablama intervalı 10 KB-dır.

EDGE (Enhanced Data Rates for Global Evolution) — GSM şəbəkəsində yüksək sürətlə məlumatötürmə paketidir. EDGE-in Azercell şəbəkəsindəki hazırkı konfiqurasiyası məlumatı 236 kbps sürəti ilə ötürmə imkanı verir.

EDGE texnologiyasının təklif etdiyi xidmətlər GPRS texnologiyasında olan xidmətlərlə eynidir. Yeganə fərq - məlumatın daha yüksək sürətlə ötürülməsidir.

EDGE xidmətindən istifadə etmək üçün əlavə seçənəklərin quraşdırılmasına ehtiyac yoxdur - telefonunuz EDGE şəbəkəsi dairəsində olduğu zaman avtomatik olaraq xidməti dəstəkləyir.

GPRS/EDGE xidmətlərindən bütün Azercell abonentləri istifadə edə bilərlər. Hal-hazırda əksər mobil telefon modelləri bu xidmətləri dəstəkləyir. Sadəcə seçənəkləri quraşdırın və xidmətlərdən istifadə edin!

İnternet və MMS seçənəkləri üçün “Yardım” bölümünə müraciət edin.


Tariflər


  • GəncSim abonentləri üçün: 1 MB - 20 qəpik;
  • Digər abonentlər üçün: 1 MB - 40 qəpik.

Hesablama intervalı 10 KB-dır.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı