Mobil Faks
Bu xidmət vasitəsilə mobil telefonunuz sizin üçün həm də faks funksiyasını yerinə yetirə bilər.
Siz bu xidmətin köməyi ilə Azərbaycanın istənilən nöqtəsindən faks ala və ya göndərə bilərsiniz.
Xidmətə necə qoşulmaq olar
Mobil Faks xidmətinə qoşulmaq üçün Azercell-in Müştəri Xidmətlərinə yaxınlaşıb, istədiyiniz 219, 439, 469 və 639 ilə başlayan faks nömrəsini seçə bilərsiniz. Faks nömrələrinin ikinci hissəsi 0000 ilə 4999 arasında olur.
Tariflər
Mobil Faks xidmətinə qoşulma haqqı — 23.60 AZN.
Mobil Faks xidməti üçün aylıq sabit haqq — 10.62 AZN.
İstifadə haqqı isə müvafiq paketin yerli sabit şəbəkə nömrəsinə edilən zənglər tarifi ilə eynidir.
Daha ətraflı məlumat üçün Azercell Müştəri Xidmətlərinə müraciət edin.
