Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell BlackBerry

Azercell BlackBerry xidməti – mobil telefonunuzdan Sizin korporativ və şəxsi e-poçtunuza etibarlı çıxış üçün kompleks həlldir. Bütün Azercell abonentləri bu xidmətdən həm Azercell şəbəkəsində, həm də Azercell-in İnternet rominq partnyorlarının şəbəkələrində yararlana bilərlər.

Azercell BlackBerry Sizə aşağıdakı imkanları verir

  • E-poçt və korporativ proqramlarından, masaüstü kompyuterinizdən olduğu kimi, təhlükəsiz və rahat istifadə etmək imkanı;
  • Kompyuterinizlə avtomatik olaraq uyğunlaşdırılan e-poçtu göndərmək və almaq, həmçinin Azərbaycanda Azercell-in əhatə dairəsində korporativ e-poçt ünvan kitabçasından istifadə etmək;
  • Populyar fayl formatlarının qoşmalarını nəzərdən keçirmək;
  • Masaüstü kompyuterinizdəki poçt proqramları ilə avtomatik olaraq uyğunlaşdırılan rahat təqvim və qeydlərdən istifadə etmək.

BlackBerry App World artıq Azərbaycanda istifadəyə verilmişdir

Azercell BlackBerry Tarifləri

Fakturalı Xətt abonentləri üçün BİS və BES paketləri

BlackBerry xidmətinin növü tam faktura dövründə 15 və daha çox təqvim günü ərzində xidmətdən istifadəyə görə aylıq sabit ödəniş tam faktura dövründə 15 təqvim günündən az dövr ərzində xidmətdən isifadəyə görə birdəfəlik ödəniş İnternet trafik (MB) Əlavə istifadəyə görə ödəniş (1MB üçün)
Fərdi abonent Korporativ abonent Fərdi abonent Korporativ abonent
BlackBerry Ultimate 34 AZN 29 AZN 50% endirim 50% endirim 3000 1 MB – 4 qəpik
BlackBerry İntensive 20 AZN 17 AZN 50% endirim 50% endirim 1000 1 MB – 4 qəpik

SimSim abonentləri üçün BİS paketləri

BlackBerry xidmətinin növü Xidmətdən istifadəyə görə aylıq sabit ödəniş İnternet trafik (MB) Əlavə istifadəyə görə ödəniş (1 MB üçün)
7 günlük 6 AZN 300 istifadə olunan tarifdə İnternet qiyməti
30 günlük 20 AZN 1000 istifadə olunan tarifdə İnternet qiyməti

Qeyd:

  • BlackBerry Ultimate və ya BlackBerry İntensive paketlərindən yararlanmaq üçün telefon menyusunun BlackBerry Browser düyməsindən istifadə edin.
  • MS Exchange, Lotus Domino və Novel GroupWise üçün BlackBerry Enterprise Server proqramı alınmalı və korporativ poçt sistemində quraşdırılmalıdır.
  • Abonent Rominqdə olarkən BlackBerry xidmətləri çərçivəsində İnternetdən istifadə, İnternet rominq tariflərinə əsasən hesablanacaq.
  • Abonent Paketlərdən birini sifariş etdikdə, yalnız növbəti gün (24 saat sonra) güzəştli İnternetdən istifadə edə bilər və İnternet balansını öyrənə bilər (yalnız Azercell Fakturalı xətt abonentlərinə aiddir).

Xidmətə qoşulmaq üçün

Abonent fiziki şəxsdirsə:

  • Siz Fakturalı Xətt abonentisinizsə, BİS Ultimate paketinə qoşulmaq üçün BIS3000 yazıb, BİS Intensive paketinə qoşulmaq üçün BIS1000 yazıb 2525 qısa nömrəsinə SMS göndərin. BlackBerry BES xidmətinə qoşulmaq üçün çalışdığınız şirkətdən məktub təqdim etməlisiniz. Şəxsi kuratorunuz varsa, Azercell Korporativ Satış təmsilçisinə, əks halda Azercell Ekspres ofislərinə müraciət edə bilərsiniz.
    Siz SimSim abonentisinizsə, BİS paketlərindən birinə qoşulmaq üçün BIS7 və ya BIS30 yazıb 2525 qısa nömrəsinə SMS göndərin.
  • BlackBerry BİS xidmətindən imtina üçün BIS- yazıb 2525 nömrəsinə göndərin. BlackBerry BES xidmətindən imtina üçün BES- yazıb 2525 nömrəsinə göndərin.
  • 2525 nömrəsinə göndərilən 1 SMS-in qiyməti - 0.01 AZN.

Abonent hüquqi şəxsdirsə:

  • Korporativ abonentlər öz Azercell kuratoruna müraciət etməlidirlər.

Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı