Telesekretar (SekretarCELL)SekretarCELL xidməti qəbul edə bilmədiyiniz və ya qəbul etmək istəmədiyiniz zəngləri qeydə alır və səsli mesajları dinləmək imkanı yaradır.
Telesekretarı necə aktiv etmək olar
Bunun üçün gələn zəngləri SekretarCELL xidmətinə (Səsli Mesaj qutusuna) yönləndirmək lazımdır. Zənglərin yönləndirilməsinin dörd fərqli növü var:
- Bütün zənglərin Səsli Mesaj qutusuna yönləndirilməsi:
           .
- Telefonunuz söndürülmüş və ya əhatə dairəsindən kənarda olduğu halda:
           .
- Zəngləriniz cavabsız qaldığı halda:
           .
- Telefonunuz məşğul olduğu halda:
           .
Yeni səsli mesaj aldığınız zaman telefonunuza qısa mesaj vasitəsilə bildiriş daxil olur.
Səsli mesajı necə dinləmək olar
- Öz telefonunuzdan 6060 nömrəsinə zəng etməklə.
- Başqa Azercell nömrəsindən 6062 nömrəsinə zəng vurub, daha sonra Səsli mesaj qutusu dinləniləcək şəxsin telefon nömrəsini və
 işarəsini daxil etməklə.
- Sabit telefondan 050 606-20-00 nömrəsinə zəng vurub, daha sonra Səsli mesaj qutusu dinləniləcək şəxsin telefon nömrəsini və
 işarəsini daxil etməklə.
Səsli mesajı dinləmək üçün SekretarCELL xidmətinə zəng etdikdə şifrə istəniləcək. Şifrə bütün abonentlər üçün eyni olaraq 1234 kimi təyin edilmişdir. Lakin istədiyiniz halda şifrənin SekretarCELL menüsu vasitəsilə dəyişdirilməsi mümkündür.
Dinlənilməmiş səsli mesajlar sistemdə 168 saat, dinlənilmiş mesajlar isə 48 saat ərzində saxlanılır.
Xidmətin aktivləşdirilməsi
SekretarCELL xidmətinin aktivləşdirilməsi ödənişsizdir, səsli mesajları yazdırmaq və dinləmək ödənişlidir.Hesablaşma tarif paketinizə uyğun olaqar danışıq haqqı ilə eyni aparılır.
Xidmətin deaktivləşdirilməsi
SekretarCELL xidmətini deaktivləşdirmək üçün        yığmaq kifayətdir.
|
Qeyd: SekretarCELL xidmətinin aktiv edilməsi üçün KəsCELL xidmətini ləğv etmək lazımdır.
Səsli mesaj qutusundan davamlı olaraq 3 ay istifadə edilmədikdə, quraşdırılmış şəxsi ayarlar (salamlama, səsli mesaj qutusu üçün kod) silinərək standart ayarlarla əvəz edilir.