Azərbaycan dilindəIn EnglishПо-русски

Zəngimi ödə

Zəngimi Ödə xidməti vasitəsi ilə danışıq haqqınızı əvəzinizə zəng etdiyiniz şəxs ödəyə bilər. Bir təqvim günü ərzində Zəngimi Ödə xidmətindən 3 dəfə istifadə etmək olar.

İstifadə qaydaları

Zəngimi Ödə xidmətindən istifadə etmək üçün: *140*050/051 mobil nömrə #YES yığın və gözləyin.

Zəng etdiyiniz şəxs İnteraktiv Səsli Cavablama Xidməti (İVR) vasitəsilə bu zəngin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilir. Zəng etdiyiniz şəxs istəyi qəbul etdiyi halda 1 düyməsini yığaraq sizinlə bağlantı yaradır. Danışıq zəng etdiyiniz şəxsin istifadə etdiyi tarifə uyğun olaraq onun tərəfindən ödənilir.

Zəng etdiyiniz şəxs istəyi qəbul etmədiyi halda 2 düyməsini yığır.

Qeyd: Rominqdə olduqda Zəngimi Ödə xidmətindən istifadə etmək və yaxud rominqdə olan abonentə Zəngimi Ödə istəyinin göndərilməsi mümkün deyildir.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı