Azərbaycan dilindəIn EnglishПо-русски

Buraxılmış zənglər barədə məlumat (KimZəngEtmişCELL)

KimZəngEtmişCELL xidməti vasitəsilə Azercell və SimSim abonentləri tamamilə pulsuz, telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, həmin vaxtda gələn bütün zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqda məlumat alacaqlar.

Xidmətdən istifadə qaydaları

Xidmətdən yararlanmaq üçün sadəcə gələn zəngləri 6080 nömrəsinə yönəltmək kifayətdir. Yönləndirmənin iki növü var:

  1. telefon əhatə dairəsi xaricində olduqda və ya söndürüldükdə zənglərin yönləndirilməsi üçün **62*6080#YES düymələrini basın;
  2. bütün zənglərin yönləndirilməsi üçün **21*6080#YES düymələrini basın.

1-ci yönləndirmə növünü ləğv etmək üçün ##62#YES düymələrini basın. 2-ci yönləndirmə növünü ləğv etmək üçün ##21#YES düymələrini basın. Xidmətin aktiv və ya ləgv edilməsini, telefonun müvafiq menüsündən da həyata keçirə bilərsiniz.

KimZəngEtmişCELL Sizi necə xəbərdar edəcək?

Telefon yenidən əhatə dairəsinə daxil olduqda dərhal KimZəngEtmişCELL-dən qısa mesaj(lar) alacaqsınız.

Bu qısa mesajla Siz:

  • zəng etmiş şəxsin nömrəsi (gizli nömrə xidmətindən istifadə edən yerli və ya beynəlxalq sabit şəbəkə/mobil nömrələr istisna olmaq şərtilə;
  • gələn zənglərin sayı;
  • son zəngin tarixi və vaxtı haqda məlumat əldə edəcəksiniz.

Qeyd: 1 qısa mesajda 4-ə qədər müxtəlif zəng edən nömrələr haqqında məlumat verilə bilər.

KimZəngEtmişCELL indi WAP-da!!!

27.11.2008-ci il tarixindən Azercell Fakturalı və SimSim abonentləri WAP üzərindən "KimZəngEtmişCELL" xidməti üzrə yeni imkandan yararlana bilərlər!
Sadəcə olaraq xidmetlerim.azercell.com wap saytına daxil olub, KimZəngEtmişCELL xidmətini seçib və daxil olduqdan sonra 15 və ya 30 günlük buraxılmış zənglərin siyahısını almaq üçün seçim etməlisiniz.

Tariflər (GPRS trafiki üçün):

  • Azercell Fakturalı Xətt abonentləri üçün: 1 MB - 0,60 AZN (ƏDV xaric);
  • SimSim abonentləri üçün: 10 KB - 2 kontur;

Qeyd: Hesablanma intervalı 10 KB-dır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr