Duet-kart
Duet Kart - bir kartla iki nömrəyə sahib olmaq imkanı yaradan xidmətdir. Duet Kart-la əldə edəcəyiniz iki nömrədən hər birinin öz PIN1 və ümumi PUK1, PUK2, PIN2, kodları var. Siz bir kartla bir-birindən asılı olmayan iki abunəliyə sahib olursunuz:
- hər iki nömrə Azercell Fakturalı xətt sistemi, yaxud nömrələrin biri Azercell Fakturalı xətt sistemi, ikincisi isə SimSim (Bizimkilər, Hər Yerə və ya GəncSim) ola bilər;
- hər iki nömrənin bir ümumi telefon kitabçası var.
Yeni təsis Duet-kart paketində satılan nömrələr "260" (Fakturalı Xətt) və "360" (SimSim) seriyaları ilə başlayır.
Xidmətin qiymətinə dair məlumatı SİM-kart əməliyyatları bölümündən ala bilərsiniz.
Daha ətraflı məlumat üçün Azercell Müştəri Xidmətlərinə müraciət edin.
