Azərbaycan dilindəIn EnglishПо-русски

Konfrans-bağlantı (KonfransCELL)

KonfransCELL xidməti altıya qədər abonentin bir araya gəlməsinə, yəni eyni vaxtda bir-biri ilə danışmasına imkan yaradır. Cib telefonunuzun bu xidmətə uyğun olması vacibdir.

Konfrans- bağlantının yaradılması üçün GözləCELL və SaxlatCELL xidmətlərini (pulsuz) *43#YES yığmaqla aktiv etmək lazımdır.

Necə istifadə etməli

Birinci nömrəni yığıb YES düyməsini basın, 2YES düyməsini basaraq, zəngi xətdə gözlədin və ikinci nömrəni yığıb YES düyməsini basın və ya gələn zəngi qəbul edin. İkinci abonentlə danışarkən 3YES düyməsini basın. Bununla siz hər iki abonentlə eyni vaxtda danışacaqsınız. İştirakçı sayını artırmaq üçün eyni prosedur təkrarlanmalıdır.

Konfransa qoşulan hər bir abonentə sıra nömrəsı ayrılır. Bu nömrələr sizə KonfransCELL-in digər funksiyalarının yerinə yetirilməsi üçün lazım olacaq. Hər hansı bir konfrans istirakçısı ilə ayrıca danışmaq üçün (yalnız konfrans- zəngi edən abonent):

2 düyməsini basıb, sonra ayrıca danışmaq istədiyiniz abonentin sıra nömrəsini yığın. Məsələn: 5 nömrəli abonentlə danışmaq üçün 2 5 YES düymələrini basın. Konfrans- zəng sizin iştirakınız olmadan davam edəcək.

Zəng edən və zəngləri birləşdirən şəxs/şəxslər hər etdiyi zəngə görə danışıq müddətindən asılı olaraq danışıq haqqı ödəyirlər. Hesablaşma tarif paketinizə uyğun olaqar danışıq haqqı ilə eyni aparılır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr