Azərbaycan dilindəIn EnglishПо-русски

Zənglərin filtri+

Zənglərin filtri+ xidməti ilə siz daxil olan zənglərə daha yaxşı nəzarət edəcəksiniz. Zənglərin filtri+ xidməti vasitəsi ilə sizi narahat edənləri “Qara siyahı”ya sala bilərsiniz, bu zaman bu nömrələr sizə zəng edə bilməyəcək. Siz həmçinin “Ağ siyahı” rejimindən istifadə edə bilərsiniz və bu halda yalnız arzu edilən zəngləri qəbul edəcəksiniz.

Zənglərin filtri+ xidməti çərçivəsində siz həmçinin ölkədaxili və beynəlxalq nömrələrə də nəzarət edə bilərsiniz. Siz qeyri-müəyyən və ya Gizlətcell funksiyası ilə qəbul edilən zənglər daxil olduqda nəyin baş verəcəyini təyin edə biləcəksiniz.

"Zənglərin filtri+" xidmətindən Azercell Fakturalı Xətt və SimSim abonentləri istifadə edə bilər.


Xidmətin xüsusiyyətləri

  • Nəzarət rejimi üçün aşağıda göstərilmiş variantlardan birini seçmək imkanı
  • Qara siyahı rejimi: Qara siyahıda göstərilmiş nömrələrin sizə zəng etmələrinə qadağa qoyulur
  • Ağ siyahı rejimi: yalnız Ağ siyahıdakı nömrələrin zəngi qəbul olunur
  • 99 telefon nömrəsinin Qara və ya Ağ siyahıya daxil edilməsi imkanı
  • Ölkədaxili və beynəlxalq nömrələr daxil olmaqla hər hansı nömrəni siyahıya daxil etmə imkanı
  • Qadağa qoyulmuş və ya qoyulmamış zənglərə dair xəbərdarlığın SMS vasitəsi ilə qəbul edilməsi imkanı
  • Tanınmayan və ya naməlum zəngləri idarə etmə imkanı
  • Gizlətcell funksiyası ilə zəng edən nömrələrin idarə edilməsi imkanı
  • Zənglərin filtri xidmətinə abunəliyin avtomatik yenilənməsi imkanı


Xidmətin standart parametrləri

  • Qara Siyahı rejimi aktiv olunur
  • Xidmət 30 gün müddətinə açılır
  • Zənglərin qarşısını almaq üçün nömrələri Qara Siyahıya daxil edin
  • Zəng edən şəxs zənglərin qarşısının alınması səsli mesajını eşidir
  • Qarşısı alınmış zənglərə dair SMS vasitəsilə bildiriş funksiyası aktivləşdirilir. Nə vaxt istəsəniz, bu funksiyanı söndürə bilərsiniz


Xidmətin aktiv/deaktiv edilməsi

Xidmətə abunə olma və xidmətin idarə edilməsi mexanizmi SMS vasitəsilə həyata keçirilir. Aşağıda qeyd olunmuş xidmət komandalarını 9303 qısa nömrəsinə göndərərək xidmətdən yararlana bilərsiniz.

Abunə olmaq üçün 9303 qısa nömrəsinə müvafiq komandanı SMS vasitəsilə göndərin. Xidmətin aktivləşdirilməsi üçün aşağıdakı 2 variantdan birini seçin:

  • AKTIVET – avtomatik yenilənmə aparılmadan birbaşa xidmətə abunə olmaq;
  • AVTOMATIKYENILENME - avtomatik yenilənmə ilə xidmətə abunə olmaq (hər 30 gündən bir)

Abunəliyin ləğvi üçün DEAKTIVET komandasını SMS vasitəsilə 9303 qısa nömrəsinə göndərin

Xidmətin idarə edilməsi üzrə komandalar


  • AVTOMATIKYENILENME – Fakturalama müddətinin sonunda xidmətə abunəliyin avtomatik yenilənməsi konfiqurasiyası aktiv olunur.
  • SMSBILDIRIS - Qısa mesaj vasitəsilə gizli zənglər üzrə bildiriş funksiyasını aktiv və ya qeyri aktiv edir.
  • QARASIYAHINIISLET – Daxil olan zənglər üçün qara siyahı aktivləşir (daxil olan zənglər üçün ağ siyahı qeyd-şərtsiz deaktivasiya edilir).
  • QADAGAQOY – Daxil olan zənglərin qarşısını almaq üçün zəng edən nömrənin Qara Siyahıya daxil edilməsi. Misal: QADAGAQOY +99450xxxxxxx və ya +99451xxxxxxx komandasını 9303-ə göndərin.
  • QADAGANISIL – Zəng edən nömrənin Qara Siyahıdan silinməsi. Misal: QADAGANISIL +99450xxxxxxx və ya +99451xxxxxxx komandasını 9303-ə göndərin.
  • QARASIYAHI – Qara Siyahıya daxil olan nömrələrin göstərilməsi. Əgər bu nömrələrin siyahısı bir SMS mesajına yerləşmirsə, siyahı bölünür və bir neçə SMS-lə daxil olur.
  • AGSIYAHINIISLET – Daxil olan zənglər üçün Ağ siyahının (yəni, arzu olunan nömrələrin siyahısı) aktivləşdirilir (daxil olan zənglər üçün qara siyahı qeyd-şərtsiz deaktivasiya edilir).
  • ICAZEVER – Nömrənin Ağ Siyahıya daxil edilməsi. Misal: ICAZEVER +99450xxxxxxx və ya +99451xxxxxxx komandasını 9303-ə göndərin.
  • ICAZENISIL – Nömrənin Ağ Siyahıdan silinməsi. Misal: ICAZENISIL +99450xxxxxxx və ya +99451xxxxxxx komandasını 9303-ə göndərin.
  • AGSIYAHI – Ağ Siyahıya daxil olan nömrələrin göstərilməsi. Əgər bu nömrələrin siyahısı bir SMS mesajına yerləşmirsə, siyahı bölünür və bir neçə SMS-lə daxil olur.
  • CLIRSTATUSUVER – Gizlətcell funksiyası ilə qəbul edilən bütün zənglərin qarşısının alınması göstərişi
  • CLIRSTATUSUNUSIL – Gizlətcell funksiyası ilə qəbul edilən bütün zənglərə icazə verilməsi üçün göstəriş
  • CLIRNOMRELERI - CLIR ilə olan zənglərin filtrdən keçirilməsi funksiyasının statusu (Aktiv/Deaktiv) haqda məlumat
  • NAMELUMSTATUSUVER - Naməlum və tanınmayan zənglərin qarşısının alınması üçün göstəriş
  • NAMELUMSTATUSUNUSIL - Naməlum və tanınmayan zənglərə icazə verilməsi üçün göstəriş
  • NAMELUMNOMRELER – Naməlum və tanınmayan zənglərin filtrdən keçirilməsi funksiyasının statusu (Aktiv/Deaktiv) haqda məlumat


Xidmətin qiyməti

Xidmət üzrə aylıq haqq/ödəniş (30 günlük):

  • Azercell Fakturalı Xətt və SimSim = 1.18 AZN
  • Xidmətdaxili əməliyyatlar – PULSUZ. 9303 nömrəsinə göndərilən 1 SMS-istək: 1 qəpik


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı