Mənə zəng et

"Mənə zəng et" xidməti sizə pulsuz qısa mesaj vasitəsilə istədiyiniz Azercell abonentinə zəng etmək xahişinizi göndərmək imkanı verir. Bu xidmətdən bütün Azercell Fakturalı Xətt və SimSim abonentləri istifadə edə bilərlər. Hətta hesabınızda zəng etmək üçün kifayət qədər vəsait olmasa belə, xidmətdən yararlana bilərsiniz.

Xidmət avtomatik olaraq bütün abonentlər üçün pulsuz aktiv edilir.

Xidmətdən istifadəetmə qaydaları

Qayda 1

Qısa mesaj mətninə istənilən Azercell abonentinin nömrəsini daxil edib 7700-a göndərin. Qısa mesaj mətninə daxil etdiyiniz nömrəyə sistem tərəfindən avtomatik mesaj göndərilir. Göndərilmiş mesajda abonentə sizə zəng etməsi xahişiniz çatdırılır.

Qısa mesaj mətninə yalnız 10-rəqəmli nömrənin daxil edilməsi kifayətdir. Bundan başqa, 12- rəqəmli formada da yazıla bilər (yəni əvvəlinə "99450" ("99451") rəqəm qrupları əlavə oluna bilər).

Sifariş mesajında adınızın əks olunmasını istədiyiniz halda, nömrədən (051 prefikslə başlayan nömrələrdə prefiksin qeyd olunmasi vacibdir) sonra vergül işarəsi, sonra isə öz adınızı da əlavə edə bilərsiniz. Bunun üçün maksimum simvol sayı 10-dur.

Qayda 2

Siz, zəng etmək xahişinizi həmçinin, sadəcə olaraq ekrana *770*10-rəqəmli nömrəni# YES yığmaqla göndərə bilərsiniz.
Bu halda da daxil etdiyiniz nömrəyə sistem tərəfindən avtomatik mesaj göndərilir və həmin mesajda abonentə Sizə zəng etməsi xahişiniz çatdırılır.

Qeydlər:

  • Təqvim günü ərzində (00:00:00-dan 23:59:59-a qədər) "Mənə zəng et" xidmətindən yararlanaraq yalnız 3 dəfə “zəng sifarişi” etmək olar (bura həm 7700 nömrəsi, həm də *770*10-rəqəmli nömrəni# YES kodu vasitəsilə göndərilən istəklər daxildir).
  • Göndərilən mesajlar ünvana çatdırılana qədər sistemdə 2 saat ərzində saxlanılır.

Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı