Nömrənin müəyyən edilməsi və gizlədilməsi (KimCELL, GizlətCELL, GizliCELL, GizlətCELL+)Nömrənin müəyyən edilməsi
KimCELL xidməti vasitəsilə Sizə zəng edən şəxsin nömrəsini zəngə cavab verməzdən əvvəl telefonunuzun ekranında görüb, kimin zəng etdiyini müəyyən etmək olar (əgər zəng edən şəxs GizliCELL və ya GizlətCELL xidmətlərindən istifadə etmirsə).
KimCELL xidməti vasitəsilə aşağıdakı nömrələr müəyyən edilə bilər:
- Azercell
- Azərbaycanda fəaliyyət göstərən digər mobil operator nömrələri
- xarici ölkələrin GSM nömrələri
- bəzi sabit şəbəkə nömrələri
KimCELL xidməti pulsuzdur.
Nömrənin gizlədilməsi
GizlətCELL
Zəng edərkən nömrənizin müəyyən olunmasını istəmirsinizsə, GizlətCELL xidmətindən yararlana bilərsiniz. Bu xidmətdən istifadə etdikdə, nömrənizin görünüb-görünməməsini öz istəyinizlə seçə bilərsiniz.
- Siz nömrənizin görünməməsini istəyirsinizsə, zəng vurduğunuz şəxsin nömrəsindən əvvəl
    işarələrini yığın.
- Nömrənizin görünməsini istəyirsinizsə, sadəcə, zəng vurduğunuz şəxsin telefon nömrəsini yığın.
Xidmətin qiyməti — 18 AZN, ƏDV xaric.
GizlətCELL+
GizlətCELL+ xidməti vasitəsilə Azercell abonentləri zəng edərkən nömrələrinin 1, 7 və 30 gün müddəti ərzində görünməməsi təmin edə, həmçinin, bu xdiməti digər Azercell abonentinə hədiyyə edə bilərlər.
Xidməti necə aktiv etmək olar
Xidməti aktiv etmək üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
SMS vasitəsilə öz nömrənizdə
GizlətCELL xidmətini 1 günlük aktiv etmək üçün 9001 nömrəsinə, 7 günlük aktiv etmək üçün 9007, 30 günlük aktiv etmək üçün 9030 nömrəsinə boş qısa mesaj göndərin.
SMS vasitəsilə hədiyyə etmək üçün
GizlətCELL xidmətini digər Azercell abonentinə 1 günlük hədiyyə etmək üçün həmin abonentin mobil telefon nömrəsini qısa mesaj vasitəsilə 9001 nömrəsinə, 7 günlük hədiyyə etmək üçün həmin abonentin mobil telefon nömrəsini 9007 , 30 günlük hədiyyə etmək üçün həmin abonentin mobil telefon nömrəsini 9030 nömrəsinə göndərin.
WAP səhifəsi vasitəsilə
xidmetlerim.azercell.com WAP səhifəsinə daxil olub, xidməti öz nömrənizdə 1, 7 və 30 gün müddətinə aktiv edə, həmçinin, digər Azercell abonentinə hədiyyə edə bilərsiniz.
WEB səhifəsi vasitəsilə
Saytımızın "Şəxsi kabinet" səhifəsindəki Virtual Müştəri Xidmətləri bölümünə daxil olub, xidməti öz nömrənizdə 1, 7 və 30 gün müddətinə aktiv edə, həmçinin, digər Azercell abonentinə hədiyyə edə bilərsiniz.
Tariflər
- 1 günlük - 0,20 AZN, ƏDV xaric və ya 50 kontur
- 7 günlük - 1,20 AZN, ƏDV xaric və ya 300 kontur
- 30 günlük - 4 AZN, ƏDV xaric və ya 1000 kontur
GizliCELL
GizliCELL xidmətindən istifadə etdikdə, nömrəniz heç vaxt zəng vurduğunuz telefonun ekranında görünməyəcək. Nömrənizin görünməməsi bu xidmətdən istifadəni dayandırana qədər davam edəcək.
Xidmətəqoşulma — 10 AZN, ƏDV xaric.
|
Qeyd: GizliCELL, GilzətCELL və Gizlət CELL + xidmətlərindən istifadə edilərkən nömrənin müəyən edilməməsinə yalnız Azercell şəbəkəsi daxilində təminat verilir.