XidmətlərAzercell öz abonentlərinə GSM standartlı mobil şəbəkədən istifadə etmək imkanı yaradır. Yüksəksəviyyəli mobil rabitənin təqdim edilməsi Azercell-in əsas, yalnız yeganə olmayan xidmətidir.
Azercell şəbəkəsinə qoşulmaqla Siz Azercell Telekom-un təklif etdiyi müxtəlif xidmətlərlə bərabər, bizim partnyorlarımızın təqdim etdiyi genişçeşidli servislərdən də yararlana bilərsiniz. Mobil telefon yalnız digər abonentlərlə danışmaq vasitəsi deyil, həmçinin, müxtəlif xəbər və faydalı məlumatların alınması, İnternet və elektron poçtdan istifadə, rəngarəng əyləncə və viktorinalarda iştirakınızı təmin edən vasitəyə çevrilir.
Azercell, xidmətlərinin çeşid və sayını artırmaqla bərabər, təqdim etdiyi rabitənin keyfiyyətinin daima yüksək səviyyədə qalması istiqamətində durmadan işlər aparır.
|