get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Zənglərin idarə edilməsi

Buraxılmış zəng və Xəbər ver xidməti

Telefon söndürüldükdə və ya şəbəkə əhatə dairəsi xaricində olduqda buraxılmış zənglər barədə bildiriş al

images-phone

Ümumi məlumat

Bu xidmətlər vasitəsilə telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqqında məlumat almaqla yanaşı, abunəçilər, həmçinin qarşı tərəfin şəbəkəyə qayıtdığı barədə avtomatik SMS bildiriş alacaqlar.

Qiymətlər

  • Buraxılmış zəng xidməti 0.20
  • Buraxılmış zəng və Xəbər ver xidməti 0.30

Xidmətin aktivləşdirilməsi

"Buraxılmış zəng" xidmətini aktivləşdirmək üçün *608*01#YES yığmaq və ya START açar sözünü 6080-ə göndərmək kifayət edir.

"Buraxılmış zəng və Xəbər ver" xidmətini aktivləşdirmək üçün (hər iki xidməti aktiv edir)  *608*1#YES yığmaq və ya START+ açar sözünü 6080-ə göndərmək kifayət edir.

  • Xidmət Azercell korporativ abunəçilər üçün pulsuzdur.
  • SMS daxilində yalnız 1 buraxılmış zəng haqqında məlumat verilir.
  • Buraxılmış zənglər barədə məlumat sistemdə 7 gün saxlanılır və telefon aktiv edildiyi zaman dərhal çatdırılır. Telefon 7 gün ərzində aktivləşdirilməsə, məlumat sistemdən silinir.
  • Xidmət hər 30 gündən bir avtomatik olaraq yenilənir.
  • Nömrədə "Buraxılmış Zəng" (6080) xidməti aktiv olmadıqda və abunə haqqı ödənilmədikdə "Xəbər ver" xidməti çalışmır.

Əlavə məlumat

"Xəbər ver” və “Buraxılmış zəng" xidmətləri siqnalların zəif qəbul edildiyi ərazilərdə hər bir istifadəçi üçün faydalı ola bilər. Bu xidmətlər, həmçinin ölkəni müvəqqəti olaraq tərk edən və rouminq xidmətindən istifadə etməyən abunəçilər üçün unikal bir fürsət yaradır.

"Xəbər ver” və “Buraxılmış zəng" xidmətlərinin işləmə prinsipi aşağıdakı kimidir:

Telefon sönülü və ya əhatə dairəsi xaricində olduqda "Xəbər ver" xidməti aktiv olan nömrəyə (B abunəçi) zəng edilir. Şəbəkə xaricində olan abunəçi (B abunəçi) şəbəkəyə qayıtdıqdan sonra ona "Buraxılmış zəng" (6080) xidmətindən mesaj gəlir. Zəng edən abunəçi isə (A abunəçi) “B abunəçinin nömrəsi şəbəkəyə qayıtdı. Ona yenidən zəng edə bilərsiniz.” məzmunlu mesaj alır.

Bu xidmətlər arasında oxşarlıq var, lakin onlar eyni deyil. "Buraxılmış zəng" xidməti abunəçilər şəbəkəyə qayıtdıqda, onları buraxılmış zənglər barədə məlumatlandırır. "Xəbər ver" xidməti isə abunəçi əhatə dairəsi xaricində olduqda və ya telefon sönülü olduqda ona buraxılmış zənglər haqqında şəbəkəyə qayıtdıqdan sonra dərhal məlumat (SMS bildiriş) verir.

"Buraxılmış zəng və Xəbər ver" xidmətlərini deaktiv etmək üçün isə STOP yazıb 6080-ə göndərmək və ya *608*0#YES yığmaq lazımdır. Xidmət pulsuzdur.

"Xəbər ver" xidmətini deaktiv etmək üçün STOP+ yazıb 6080-ə göndərmək və ya *608*001#YES yığmaq lazımdır. Xidmət pulsuzdur.