get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Zənglərin idarə edilməsi

Duet kart

Duetcell xidməti vasitəsilə abunəçilər bir kartdan istifadə etməklə iki nömrənin abunəçisi ola bilərlər.

images-phone

Ümumi məlumat

Duet-kart xidməti ilə bir kartla iki nömrənin abunəçisi olursunuz.

Hər iki nömrəniz Fakturalı xətt sistemi, yaxud nömrələrinizin biri Fakturalı xətt sistemi, ikincisi isə SimSim ola bilər.

Hər nömrənin PIN1 kodu ayrıdır. PIN2, PUK1 və PUK2 kodları və telefon kitabçası isə hər iki nömrə üçün də ümumidir.

Duet-kart xidmətinə qoşulan nömrələr eyni operator koduna malik olmalıdırlar.

Aşağıda göstərilən xidmət növlərindən birini seçə bilərsiniz:

  • İki yeni nömrənin qoşulması. Bu halda Duet kart paketindəki nömrələr 260 (Fakturalı xətt) və 360 (SimSim) seriyaları ilə başlayır
  • İki mövcud nömrənin qoşulması
  • Bir yeni və bir mövcud nömrələrin qoşulması

260/360 seriyalı yeni nömrələrin alınması və Duet-kart xidmətinə qoşulması Bakıda yalnız B. Bağırova, 2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisində və bütün bölgə Müştəri Xidmətləri ofislərində mümkündür.

Mövcud nömrələrin xidmətə qoşulması isə bütün Müştəri Xidmətləri və Azercell Ekspres ofislərində həyata keçirilir.

Qiymətlər

  • Yeni təsis - 35.40 AZN
  • Bir mövcud nömrəni saxlamaqla abunəlik - 23.60 AZN
  • İki mövcud nömrə ilə abunəlik - 7.08 AZN
  • Nömrə dəyişikliyi (hər bir nömrə üçün) - 23.60 AZN

Qeyd: 27.02.2023-cü il tarixindən etibarən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən  “Duetcell” xidmətinə yeni qoşulmalar dayandırılacaq. Bu xidmətə qeyd olunan tarixdən əvvəl qoşulan abunəçilər xidməti deaktiv etmədikləri halda, istifadəni davam etdirə biləcəklər.

Əlavə məlumat

Duet-karta qoşulan nömrələr həm bir, həm də ayrı-ayrı abunəçilərə məxsus ola bilər.

Duet-karta qoşulan nömrə PIN kod daxil edilmədən aktiv olunmur.

Duet-kart itirildikdə və ya zədələndikdə SIM-kart dəyişikliyi haqqı hər iki nömrə üçün ödənilir.