Fakturalı xətt abonentləri üçün


Səyahətə çıxarkən

Xarici ölkəyə səyahətə çıxmazdan əvvəl, aşağıdakı şərtləri yoxlamaq zəruridir:

Nömrənizdə rominq xəttinin açıq olması


  • Rominq xəttinin açılması üçün 150 AZN nömrənizin depozit hesabına ödənilməlidir
  • Səyahətə çıxdığınız ölkənin GSM operatorları ilə Azercell-in müqaviləsi olması (Azercell-lə rominq müqaviləsi olan ölkələrin siyahısı)
  • Azercell Müştəri Xidmətinə müraciət edib GSM operatorlarının əhatə dairələri, Müştəri Xidmətlərinin ünvanı, telefon nömrəsi və rominq tarifləri barədə məlumat eldə edə bilərsiniz

Rominqdə olduqda mobil telefonunuzdan zəngetmə qaydaları

Azercell şəbəkəsinə (yerli mobil və ya sabit şəbəkədən, rominqdə olan Azercell nömrəsindən eyni qaydada):
çıxış kodu 994 50 telefon nömrəsi və ya
çıxış kodu 994 51 telefon nömrəsi .

Daha bir alternativ yığım qaydası:

  • * 111 * 0099450telefon nömrəsi# YES və ya * 111 * 0099451telefon nömrəsi# YES
  • * 111 * 99450telefon nömrəsi# YES və ya * 111 * 99451telefon nömrəsi# YES
  • * 111 * 050telefon nömrəsi# YES və ya * 111 * 051telefon nömrəsi# YES
Qeyd: 30 sentyabr 2011-ci il tarixindən etibarən bu üsulla zəngetmə xidmətində təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin faəliyyəti müvəqqəti olaraq dayandırılır. Əlavə məlumat təqdim ediləcək.

Digər ölkənin mobil və ya sabit şəbəkəsinə:
çıxış kodu, ölkə kodu, mobil operator kodu, telefon nömrəsi və ya
çıxış kodu, ölkə kodu, şəhər kodu, telefon nömrəsi.


Rominq tarifləri

Bütün ölkələrdə hər GSM operatorunun rominq xidməti üçün fərqli qiymətləri var. Adətən, bu tariflərin tərkibində müvafiq yerli vergi və rüsumlar olur. GSM operatorları tez-tez rominq tariflərini dəyişə bilərlər. Azercell rominq partnyorlarının ən yeni tariflərini hər zaman Azercell Müştəri Xidmətləri şöbəsindən ((012) 490-52-52) öyrənə bilərsiniz.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı