Azərbaycan dilindəIn EnglishПо-русски

Qoşulma və tarif paketləri

SimSim abonenti öz nömrəsini dəyişmədən Azercell Fakturalı Xəttə keçə bilərmi?

SimSim abonenti ona məxsus nömrəni dəyişmədən Azercell Fakturalı Xəttə keçə bilər.

Bunun üçün o, Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə müraciət etməlidir.

Əgər abonent fiziki şəxsdirsə, tələb olunan sənədlərlə qeyd edilmiş ünvanlara müraciət etməlidir. Tələb olunan sənədlərin siyahısı ilə siz “Qoşulma qaydaları” bölümündə tanış ola bilərsiniz.

Əgər abonent hüquqi şəxsdirsə, səlahiyyətli nümayəndə Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə müraciət edir. Hüquqi şəxsin adına artıq Azercell Fakturalı Xətt nömrəsi varsa, əməliyyat məktub və etibarnamə əsasında da həyata keçirilə bilər.

Eyni bir nömrə ilə SimSim-dən Azercell Fakturalı Xəttə, Azercell Fakturalı Xəttdən SimSim-ə və yenidən Azercell Fakturalı Xəttə keçid sayına heç bir məhdudiyyət yoxdur və əməliyyat eyni şəkildə həyata keçirilir.

Stasionar GSM rabitəni necə quraşdırmaq olar

FiksCELL mobil rabitəni stasionar rabitəyə çevirən bir xidmətdir. FiksCELL xidməti Karel avadanlıqları üzərində qurulmuşdur.

Fixed GSM cihazını almaq və ya bu xidmət haqda ətraflı məlumat toplamaq istəsəniz, Azercell Korporativ Seqment bölümünün təmsilçiləri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: (99 412) 496-70-07, ext. 2719
Faks: (99 412) 430-05-65
E-mail: corporatesales@azercell.com

FiksCELL haqqında geniş məlumatı — “Mobil rabitənin sabit rabitəyə keçirilməsi” bölümündən ala bilərsiniz.

GəncSim və Bizdən Bizə tarif paketlərinə necə keçmək olar?

GəncSim və Bizdən Bizə tarifinə keçmək üçün müvafiq olaraq GencSim və ya Bizden Bize yazib SMS-lə 7575 nömrəsinə göndərin. Cavabında Sizə GəncSim və ya Bizdən Bizə tarifinə keçdiyiniz haqda təsdiq mesajı gələcək. GəncSim və Bizdən Bizə tarif paketinə SimSim abonentləri də keçə bilər.

Abonent 7 gün davamlı olaraq GəncSim tarifindən istifadə etdikdən sonra, SimSim və ya Bizdən Bizə tarifinə qayıda bilər. Lakin həmin andan 60 gün keçdikdən sonra abonent növbəti dəfə GəncSim tarifinə qoşula bilər. SimSim abonenti məhdudiyyətsiz sayda Bizdən Bizə tarifinə qoşulub, yenidən SimSim tarifinə qayıda bilərlər.

Öncədən kontur yüklənmiş yeni nömrə alan SimSim abonentləri, GəncSim-ə keçmədən öncə 1001-ə zəng vurub dil seçimi etməlidirlər.

Abonent GəncSim-ə keçdikdə, o, hər hansı bir SimSim kampaniyasında daha iştirak etmir (həmin kampaniyanın şərtlərində GəncSim abonentlərinə dair qeyd olmasa).

GəncSim abonentlərinin hər ay aldığı pulsuz SMS, MMS və GPRS xidmətlərinin tamamilə, ya da qalığı digər iki tarifə paketinə keçdikdə sıfırlanır.

Əgər yaranmış sualınızın cavabı öz əksini burada tapmamışdırsa, xahiş edirik, sualınızı İstək və sual formuna yazıb bizə göndərin və ya Azercell Müştəri Xidmətlərinə müraciət edin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr