Azərbaycan dilindəIn EnglishПо-русски

Xidmətlər

Telesekretardan necə istifadə etmək olar?

Azercell SekretarCELL xidmətindən istifadə etmək üçün, gələn zəngləri SekretarCELL-ə yönəltmək lazımdır. Abonentin seçdiyi variantlardan asılı olaraq, zənglərin yönəltmə növləri müxtəlifdir:

  • bütün gələn zənglərin yönəldilməsi: **21*6061#YES;
  • cavabsız qalan zənglərin yönəldilməsi: **61*6061#YES;
  • telefon söndürüldüyü və ya əhatə dairəsi xaricində olduğu zaman: **62*6061#YES;
  • telefon məşğul olan zaman: **67*6061#YES.

Mesajın alınması haqqında xəbər abonentə telefon tablosunda çıxan bildiriş işarəsi və ya SMS vasitəsilə verilir.

SekretarCELL xidmətini ləğv etmək üçün (aktiv olan yönəltmə növündən asılı olmayaraq) abonent telefon tablosunda aşağıda göstərilən komandanı yığmalıdır: ##002#YES.

Səsli mesajları dinləmək üçün nə edilməlidir?

Azərbaycan daxilində dinləmək üçün aşağıda göstərilən qaydalardan istifadə edə bilərsiniz:

  1. öz mobil telefonunuzdan 6060-a zəng vurun;
  2. başqa Azercell mobil telefonundan 6062-ə zəng vurun, dinlənəcək şəxsin mesaj qutusunun nömrəsini (telefon nömrəsini) daxil edin # düyməsini basın;
  3. sabit telefondan 050 6062 000 — a zəng vurun, dinlənəcək şəxsin mesaj qutusunun nömrəsini (telefon nömrəsini) daxil edin # düyməsini basın.

Rominqdə olduğunuz zaman səsli mesajların dinlənilməsi həm mobil (öz və ya başqa), həm də sabit telefondan eyni qayda ilə mümkündür. Mesajları dinləmək üçün:

  1. ərazisində olduğunuz ölkənin beynəlxalq çıxış kodu (00 və ya +, Rusiya üçün — 810)
  2. sonra 994 50 6062 000-a zəng vurun.
  3. mobil telefon nömrənizi daxil edin.
  4. * (ulduz) düyməsini basın.

Əgər telesekretar qutusuna giriş şifrəniz aktivdirsə, sistem giriş kodunu soruşacaq və kodun daxil edilməsindən sonra mesajlarınızın dinlənilməsi mümkün olacaq.

Giriş şifrəsi bir qayda olaraq bütün abonentlər üçün 1234 kimi müəyyən edilmişdir. Telefon menyusundan şifrəni istədiyiniz 4-rəqəmli şifrəyə dəyişdirə bilərsiniz.

Dinlənilməmiş mesajlar sistemdə 168 saat, dinlənilmiş mesajlar — 48 saat saxlanılır.

SekretarCELL xidmətinin hansı özəllikləri var?

Siz standart SekretarCELL salamlaması əvəzinə şəxsi salamlamanızı yaza, zəng etdiyiniz şəxsin telefonu SekretarCELL-ə yönəldilmişdirsə, həmin abonentə mesaj göndərə, öz istəyinizlə qısa mesaj bildirişlərini (yəni zərf işarəsini və ton bildirişlərini) aktiv edə, bildiriş mesajları üçün dil seçimi edə bilərsiniz.

Şəxsi salamlamanın yazılması

Standart SekretarCELL salamlaması əvəzinə şəxsi salamlamanızı yazmaq üçün:

  1. Mesaj qutusuna daxil olduqdan sonra başlanğıc menyusuna giriş üçün * (ulduz) düyməsinə basın.
  2. 52 düymələrini yığın.
  3. Salamlamanızı yazın (şəxsi salamlamanın maksimum müddəti 60 saniyədir).
  4. #2 düyməsinə basın.

Və ya öz mobil telefonunuzdan 6060 YES * 52 şəxsi salamlama #2.

Başqa mobil telefondan: 6062 YES öz nömrəniz ** 52 şəxsi salamlama #2.

Sabit telefondan: 050 6062 000 öz nömrəniz ** 52 şəxsi salamlama #2.

Şəxsi salamlamanın dinlənilməsi

Şəxsi salamlamanın dinlənilməsi üçün mesaj qutusuna daxil olduqdan sonra başlanğıc menyusuna giriş üçün 5, sonra isə 54 yığın.

Və ya öz mobil telefonunuzdan: 6060 YES 54.

Digər mobil telefondan: 6062 YES mobil nömrəniz # 54.

Sabit telefondan: 0 50 6062 000 mobil nömrəniz # 54.

Şəxsi salamlamanın silinməsi

Şəxsi salamlamanın silinməsi üçün mesaj qutusuna daxil olduqdan sonra başlanğıc menyusuna giriş üçün 5 düyməsinə basın, sonra 43 düymələrini yığın.

Və ya öz mobil telefonunuzdan: 6060 YES 5 43.

Digər mobil telefondan: 6062 YES mobil nömrəniz # 5 43.

Sabit telefondan: 050 6062 000 mobil nömrəniz # 5 43.

Bildirişlərin quraşdırılması

Siz telesekretar qutunuza səsli mesajın alınmasını xəbərdar edən bildiriş vasitələrini quraşdıra bilərsiniz. Səsli mesajın alınması barədə bildiriş telefonunuzun tablosunda çıxan zərf işarəsi və ton və ya SMS vasitəsilə çatdırıla bilər.

Bildirişin xüsusi bildiriş işarəsi vasitəsilə alınması üçün:

Öz mobil telefonunuzdan: 6060 YES 2621.

Digər mobil telefondan: 6062 YES mobil nömrəniz # 2621.

Sabit telefondan: 0 50 6062 000 mobil nömrəniz # 2621.

Bildirişin SMS vasitəsilə alınması üçün:

Öz mobil telefonunuzdan: 6060 YES 2631.

Digər mobil telefondan: 6062 YES mobil nömrəniz # 2631.

Sabit telefondan: 0 50 6062 000 mobil nömrəniz # 2631.

Bildirişin ləğv edilməsi üçün yuxarıda göstərilən əməliyyatları təkrar edərək 1 əvəzinə 2 düyməsinə basın. Bu əməliyyatı həyata keçirdikdə eşitdiyiniz anons bu olur: "Qısa mesaj bildirişləri aktiv (deaktiv) edildi".

İstəyinizdən asılı olaraq Siz SekretarCELL-in dilini dəyişdirərək, Azərbaycan, rus və ingilis dillərini seçə bilərsiniz.

Azərbaycan dilini seçmək üçün: 6060 YES 2661.

Rus dili üçün: 6060 YES * 2662.

İngilis dili üçün: 6060 YES * 2663 yığın.

Səsli mesajlarımı başqa telefondan dinləyə bilərəmmi?

Siz səsli mesajlarınızı istənilən telefondan dinləyə bilərsiniz.

Giriş şifrəsi bir qayda olaraq bütün abonentlər üçün 1234 kimi müəyyən edilmişdir. Səsli mesajlarınızın başqaları tərəfindən dinlənilməsinin qarşısını almaq üçün standart şifrəni şəxsi şifrənizlə əvəz etməyi məsləhət görürük. Bunun üçün:

Öz mobil telefonunuzdan: 6060 YES 265 yeni şifrə, şifrənin təkrarı

Şifrəni təzələmək üçün: 6060 köhnə şifrə * 16 yeni şifrə, şifrənin təkrarı

Şifrənin ləğvi üçün: 6060 YES 2642 yığın.

Gələn və gedən zənglərin qarşısını necə almaq olar?

İstəyinizdən asılı olaraq, siz gələn və gedən zənglərin və həmçinin, gedən beynəlxalq zənglərin qarşısını ala bilərsiniz. Bunun üçün KəsCELL xidmətindən istifadə edin.

Zənglərin qarşısının alınması üsulları və qaydaları barədə geniş məlumatla “Zənglərin qarşısının alınması” bölümündə tanış ola bilərsiniz.

Zəngləri digər telefona necə yönləndirə bilərəm?

YönCELL xidmətindən istifadə edərək, siz gələn zənglərinizi istəyinizdən asılı olaraq digər mobil və ya sabit telefona yönləndirə bilərsiniz.

Zənglərin yönləndirilməsi üsulları və qaydaları barədə geniş məlumatla “Zənglərin yönləndirilməsi” bölümündə tanış ola bilərsiniz.

Telefonla danışdığım zaman digər abonent mənə zəng edərsə, bu haqda necə xəbərdar ola bilərəm?

SaxlatCELL və GözləCELL xidmətlərindən istifadə etsəniz, telefonla danışdığınız zaman digər abonent Sizə zəng etdikdə xəbərdar ola bilərsiniz.

SaxlaCELL xidməti vasitəsilə Siz əvvəl başladığınız telefon danışığını bitirməmiş, birinci abonenti xətdə saxlayaraq, başqa zəngə cavabvermə imkanı əldə etmiş olursunuz. GözləCELL xidməti vasitəsilə Siz telefonla danışarkən Sizə gələn ikinci zəngi itirməyəcək və danışığınızı bitirənədək zəng edən ikinci şəxsi xətdə gözlədəcəksiniz. Danışan zaman digər abonentin nömrəsini telefon ekranında görəcək və siqnal vasitəsilə eşidəcəksiniz. Zənglərin saxlanılması barədə geniş məlumatla “Zənglərin saxlanılması” bölümündə tanış ola bilərsiniz.

Zəngə cavab vermədən kimin mənə zəng etdiyini öyrənə bilərəmmi?

Sizə zəng edən şəxs GizliCELL və ya GizlətCELL xidmətlərinin birindən istifadə etmirsə, onun telefon nömrəsini zəngə cavab verməzdən əvvəl telefonunuzun ekranında görüb kimin zəng etdiyini biləcəksiniz. Bu imkanı KimCELL xidməti vasitəsilə əldə etmiş olursunuz. KimCELL xidməti vasitəsilə Azercell abonentlərinin nömrələri, digər yerli operator, beynəlxalq GSM operator və sabit şəbəkə abonentlərinin nömrələrini müəyyən edə bilər. Xidmət pulsuzdur.

Zəng etdikdə nömrəmin müəyyən edilməsini istəmədikdə nə edə bilərəm?

Zəng etdikdə nömrənizin gizlədilməsi üçün Azercell-in təqdim etdiyi GizliCELL, GizlətCELL və ya GizlətCELL + xidmətlərindən istifadə edə bilərsiniz. Bu xidmətlər barədə geniş məlumatla “Nömrənin müəyyən edilməsi və gizlədilməsi” bölümündə tanış ola bilərsiniz.

Konfrans bağlantı nədir?

Konfrans bağlantı altıya qədər abonentin bir araya gəlməsi, yəni eyni vaxtda bir-biri ilə danışmasına imkan yaradır.

Bu xidmətdən istifadə etməzdən öncə, GözləCELL və SaxlatCELL xidmətləri aktiv edilməlidir. KonfransCELL xidməti barədə geniş məlumatla “Konfrans bağlantı” bölümündə tanış ola bilərsiniz.

Mobil telefondan faks göndərmək mümkündürmü?

FaksCELL xidməti vasitəsilə cib telefonunuz Sizin üçün həm də faks funksiyasını yerinə yetirə bilər. Azercell abonentisinizsə və kompyuteriniz varsa, istər ofisdən, istərsə də ucqar bir kənddən faks mesajlarının göndərilməsi Sizin üçün problem deyildir.

FaksCELL xidmətinə qoşulmaq üçün Azercell Müştəri Xidmətinə yaxınlaşıb, istədiyiniz 219, 439, 469 və ya 639 ilə başlayan faks nömrəsini seçə bilərsiniz. Faks nömrələrinin ikinci hissəsi 0000 ilə 4999 arasında olur. Xidmət haqda geniş məlumatla “Faks” bölümündə tanış ola bilərsiniz.

Əgər yaranmış sualınızın cavabı öz əksini burada tapmamışdırsa, xahiş edirik, sualınızı İstək və sual formuna yazıb bizə göndərin və ya Azercell Müştəri Xidmətlərinə müraciət edin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr