Ödəmə və hesab — qaiməSimSim abonentləri üçün hansı danışıq kartları mövcuddur?
Azercell SimSim abonentlərinin istifadəsinə 2 AZN, 5 AZN, 10 AZN, 20 AZN, 40 AZN manatlıq danışıq kartları təklif edir.
2 AZN danışıq kartında 360 kontur vardır. Bu nominallı kartı yükləyən abonent ən son kontur yüklənilən tarixdən etibarən: 30 gün ərzində balansındakı konturlar bitənə qədər zəngetmə, zəng qəbuletmə və SimSim xidmətlərindən istifadə etmək imkanı, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbuletmə və 1001 xidmətinə zəngetmə imkanı vardır. 31-ci gün balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt ikitərəfli bağlanılır. 150 gün ərzində əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı konturyükləmə zamanı qalan konturlar balansa əlavə edilir.
150 gündən sonra yeni kontur yüklənilməsə, balansdakı konturlar yanır və abonentlik ləğv edilir.
Digər nominallı kartların istidafə qaydaları eynidir. Kartlar yalnız kontur sayı, istifadə müddəti və abonentlik dövrünün uzunluğu ilə fərqlənirlər.
5 AZN: konturların sayı — 1000, istifadə müddəti — 60 gün, abonentlik dövrü — 180 gündür.
10 AZN: konturların sayı — 2500, istifadə müddəti — 90 gün, abonentlik dövrü — 210 gündür.
20 AZN: konturların sayı — 5500, istifadə müddəti — 180 gün, abonentlik dövrü — 300 gündür.
40 AZN: konturların sayı — 11500, istifadə müddəti — 360 gün, abonentlik dövrü — 480 gündür.
Abonent nömrəsinə 5 AZN, 10 AZN, 20 AZN və ya 40 AZN dəyərində danışıq kartı yüklədikdən sonra, danışıq kartının müddətinin bitməsinə 30 gündən çox vaxt qaldıqda nömrəyə 2 AZN nominalında danışıq kartı yükləyərsə, 1-ci yüklənilən danışıq kartının müddəti davam edir.
SimSim danışıq kartlarının yüklənilmə müddəti məhdudiyyətsizdir. Abonent əldə edilmiş danışıq kartını istənilən zaman yükləyə bilər.
Abonent SimSim danışıq kartlarının yüklənilmə ilə bağlı hər hansı çətinliklə qarşılaşdıqda, əldə etdiyi kartla Azercell Müştəri Xidmətləri, "Smart Solution" Xidmət Mərkəzinə (Atatürk pr.2) və ya Azercell Ekspres ofislərinə müraciət edə bilər.
Faktura ilə bağlı bəzi açıqlamaları necə əldə etmək olar?
Telefonunuzdan zəng etdiyiniz nömrələr, zənglərin davamlılığı və istifadə haqqı barəsində izahlı fakturada əks olunan ətraflı məlumatı almaq üçün İzahCELL və ya İz@hCELL xidmətlərindən istifadə edin. Bu xidmətlərdən istifadə etmək üçün müvafiq form doldurulmalıdır. Xidmətlərdən həm fiziki, həm də hüquqi şəxslər istifadə edə bilərlər. İstəyinizdən asılı olaraq izahlı faktura ev ünvanınıza və yaxud elektron poçtunuza (İz@hCELL vasitəsilə) göndərilə bilər.
Xidmətin qiyməti — 2,70 AZN, ƏDV xaric.
Hesab-fakturanızda əks olunan məlumatlar barədə detallı açıqlamanızı almaq istəyirsinizsə, FakturCELL xidmətindən istifadə edin. İstəyinizdən asılı olaraq hesab-fakturanız ev, iş və ya elektron- poçtunuza göndərilə bilər.
Bu xidmətlər haqda geniş məlumatı “İzahlı qaimə” bölümündən ala bilərsiniz.
Hesab-fakturada öz əksini tapmış bəzi məbləğlər nədir?
Aylıq hesab-fakturada aşağıdakı məlumatlar əks olunur:
- Abonentin ödədiyi depozit. Rominq xəttinin açılması üçün girov qoyulan
məbləğ. Abonentin borcu varsa və borc depozitdə olan məbləğdən kiçikdirsə, onda abonent borclarını ödədikdən sonra depozit qalığını geri ala bilər.
- Aylıq sabit haqqlar:
- GSM-tel. — GSM-telefonundan istifadə üçün göstərilən xidmətlərə görə alınan sabit aylıq abunə haqqı;
- İzahlı faktura — zəng olunan nömrələrin yazılı və izahlı qaiməsi üçün alınan məbləğ;
- GSM Faks — Faks sabit ödəniş haqqı.
- Digər aylıq sabit haqqlar — yuxarıda qeyd olunan xidmətlər istisna olmaqla, digər xidmətlərə görə alınan sabit ayıq abunə haqqlarının cəmini göstərən məbləğ.
- İstifadə ödəniş haqqının tərkib hissələri:
- ölkədaxili danışıqlar — GSM-telefonundan istifadə zamanı edilən ölkədaxili danışıqların məbləği;
- beynəlxalq danışıqlar — GSM-telefonundan istifadə zamanı edilən beynəlxalq danışıqların məbləği;
- şirkətdaxili zənglər — ŞirkətimCELL xidmətindən istifadə zamanı edilən şirkətdaxili danışıqların məbləği;
- rominq danışıqları — Azərbaycandan xaricdə GSM-telefonundan istifadə zamanı edilən danışıqların məbləği;
- Faks/Data-dan istifadə haqqı.
- Son ödəmə tarixi: abonentin fakturasının ən son ödəmə günü. Bu tarixdən gec olan ödəmələr üçün xəttin kəsili olub-olmamasından asılı olmayaraq gecikmə faizi tətbiq edilir.
- Digər ödəniş haqqı: SIM-kart dəyişikliyi və ya nömrə dəyişikliyi üçün ödəniş haqqı və s.
- Gecikmə faizi: son ödəmə tarixi gecikdirilən faktura üçün tətbiq edilən gündəlik 0.1% gecikmə faizi.
- Faktura cəminin tərkib hissələri:
- aylıq sabit ödəniş haqqı;
- istifadə ödəniş haqqı;
- digər ödəniş haqqı;
- gecikmə faizi cəmini göstərən məbləğ.
- ƏDV: faktura cəminə tətbiq edilən Əlavə Dəyər Vergisi (gecikmə faizi xaric).
- Ümumi faktura dəyəri: ƏDV və faktura cəmini göstərən məbləğ.
- Düzəlişlər: abonentin ödənişinə müxtəlif səbəblərdən edilmiş düzəlişi göstərən məbləğ.
- Abonentin ödədiyi avans: fakturanın kəsilmə tarixinə qədər qabaqcadan ödənilən məbləğ. Faktura hazır olduqdan sonra, avans ödəməsi faktura məbləğindən çıxılır və qalan məbləğ son ödəmə gününə qədər ödənilməlidir.
- Ödəniləcək məbləğ: abonentin son ödəmə tarixinə qədər ödəməli olduğu məbləğ.
- Fakturanın dövrü: bu tarixlər arasında Azercell-ə çatmış danışıqların fakturalandığını göstərir.
Əgər yaranmış sualınızın cavabı öz əksini burada tapmamışdırsa, xahiş edirik, sualınızı yazıb bizə göndərin və ya Azercell Müştəri Xidmətlərinə müraciət edin.
|