Azərbaycan dilindəIn EnglishПо-русски

Təcili zənglər

Mobil telefondan necə təcili zənglər etmək olar?

Azercell sizə mobil telefonunuzdan istifadə edən zaman, həmçinin, təcili zənglərdən də faydalanmağa imkan verir: yanğınsöndürmə, təcili tibbi yardım, qaz idarəsi və ya polis şöbəsinə istənilən zaman zəng edə bilərsiniz. Bütün xidmətlər pulsuzdur. Təcili zənglər edərkən nömrələrin mobil telefonlarınızdan yığılma qaydaları:

  • yanğınsöndürmə xidməti — 101;
  • təcili tibbi yardım — 113;
  • polis — 102;
  • qaz idarəsi — 104;
  • Fövqəladə Hallar Nazirliyi — 112.

Mobil telefonunuzdan, sadəcə olaraq, 118 nömrəsini yığmaqla məlumat bürosuna da zəng edə bilərsiniz. Xidmət pulludur. Hesablama intervalı 6 saniyədir.

  • Azercell Fakturalı Xətt abonentləri üçün — 1 dəq. = 0,29 AZN (ƏDV xaric);
  • SimSim, Bizdən Bizə, GəncSim abonentləri üçün — 120 kontur.

 

Əgər yaranmış sualınızın cavabı öz əksini burada tapmamışdırsa, xahiş edirik, sualınızı İstək və sual formuna yazıb bizə göndərin və ya Azercell Müştəri Xidmətlərinə müraciət edin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr